Georgi Kvirikaşvilinin və Gürcüstan hökumətinin qərarına əsasən, 27 noyabr 2017-ci il Gürcüstanda matəm günü elan ediləcək və dövlət bayraqları aşağı endirləcək.
ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə,
bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Gürcüstan hökuməti, ölkə əhalisi ilə birlikdə Acarıstanın paytaxtı Batumi şəhərindəki “Leoqrand” otelində baş verən faciə zamanı həlak olanlar yad ediləcək.
Həmin gün yanğın zamanı həlak olanların xatirəsinə Gürcüstanın bütün ərazilərində dövlət bayraqları aşağı endiriləcək.
Qeyd edək ki, noyabrın 24-də Batumidəki "Leoqrand" otelində güclü yanğın zamanı 21 nəfər yaralanıb
və 12 nəfər həlak olub. Həlak olanların bir nəfəri İran vətəndaşı, 11 nəfəri isə Gürcüstan vətəndaşıdır.
Allah rəhmət eləsin!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.