AZEBİ üzvləri şəhid ailələrinə baş çəkiblər

AZEBİ üzvləri şəhid ailələrinə baş çəkiblər AZEBİ üzvləri şəhid ailələrinə baş çəkiblərAZEBİ üzvləri şəhid ailələrinə baş çəkiblərGürcüstanda fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) üzvləri Marneuli, Bolnisi, Qardabani və Saqareco rayonlarında yaşayan şəhid ailələrinə baş çəkiblər.

AZEBI-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, təşkilatın İdarə Heyətinin üzvü Sübhan Sarıyev şəhidlərin yaxınlarına başsağlığı verərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin əziz xatirəsini ehtiramla anıblar.


Ailələrdə ehsan süfrələri ətrafında səmimi söhbət zamanı şəhidlər yad olunub, onların ruhuna dualar oxunub.
AZEBI nümayəndələri ailələrin qayğıları ilə də maraqlanıb.

Təşkilat adından şəhidlərin yaxınlarına ərzaq yardımları paylanılıb.
Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə AZEBI-yə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan altı azərbaycanlı – professor İsmayıl Mursaqulov, Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, Vəfadar Eminov və İlqar Əhmədov da var.
Allah Şəhidlərimizə
rəhmət eləsin!


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: