Diasporuna
Dəstək Fondunun
Gürcüstanda
təqdimatı olub
Diasporla İş üzrə
Dövlət Komitəsinin
sədri Fuad Muradovun
qonşu Gürcüstana
səfəri zamanı
Azərbaycan
Diasporuna
Dəstək Fondunun
təqdimatı olub.
Təqdimatda
Gürcüstanın
azərbaycanlı
icmasının
nümayəndələri
iştirak edib.
Komitə sədri
Fuad Muradov
giriş sözü ilə çıxış edib,
Fondun yaranma məqsədi
və fəaliyyət imkanları
barədə danışıb.
Azərbaycan
Diasporuna
Dəstək Fondunun
icraçı direktoru
Elşad Əliyev
fond haqqında
ətraflı məlumat verib.
Elşad Əliyev bildirib ki,
diaspor təşkilatlarının,
eləcə də, xaricdə yaşayan
ayrı-ayrı soydaşlarımızın
təqdim etdikləri
layihələrinin
həyata keçirilməsində
fond əhəmiyyətli
rol oynayacaq.
Azərbaycan
Diasporuna
Dəstək Fondunun
icraçı direktoru
Elşad Əliyev və
Diasporla İş üzrə
Dövlət Komitəsinin
Gürcüstan və
Türkdilli Dövlətlərlə
İş şöbəsinin müdiri
Anar Rəsulov Fondla bağlı
soydaşlarımızı maraqlandıran
sualları cavablandırıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.