Səfir FUAD QULİYEV: "Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayramını xüsusi sevinclə qeyd edirlər "

Səfir FUAD QULİYEV: "Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayramını xüsusi sevinclə qeyd edirlər "Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev Ramazan bayramını Marneuli rayonunda yaşayan azərbaycanlı icması ilə birlikdə qeyd edib.
O, Marneuli şəhərində Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib, soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, onlara sülh, rifah və müqəddəs ayda tutulan oruclaının, edilən niyyətlərinin Allah tərəfindən qəbul edilməsini diləyib və onlara yeni-yeni uğurlar arzulayıb.


Səfir deyib:
“Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayramını xüsusi sevinclə qeyd edirlər və bunun da başlıca səbəbi Azərbaycanın 44 günlük Vətən müharibəsində özünün əzəli torpaqlarını işğaldan azad edərək zəfər çalmasıdır”.

ZiM.Az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev daha sonra Müharibə zamanı Gürcüstan azərbaycanlılarının mənəvi vətənləri olan Azərbaycana böyük dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd edərək soydaşlarımıza minnətdarlığını bildirib:

“Əminik ki, Gürcüstan da qısa zamanda Azərbaycan kimi öz ərazi bütövlüyünü bərpa edəcək və bu zəfəri azərbaycanlılar gürcü xalqı ilə birgə qeyd edəcəklər, çünki bizim xalqlara qələbə yaraşır”, - deyə səfir bildirib.

Xatırladaq ki, bu gün Marneulidə Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini idarəsi və İmam Əli (ə) adına xeyiriyyə fondunun təşkilatçılığı ilə Ramazan bayarmı münasibətilə bayram tədbiri keçirilib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: