Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda

Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda Gürcüstan müxalifətinin nümayəndə heyəti
Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin
məzarını və Şəhidlər xiyabanını ziyarət edib


Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının üzvləri Azərbaycana rəsmi səfərə gəliblər.


Nümayəndə heyəti 2021-ci il iyulun 4-də
Fəxri xiyabanda xalqımızın ümummilli lideri
Heydər Əliyev
in xatirəsini yad edərək,
məzarı önünə güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyeva
nın da xatirəsi anılıb.

Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda [/img] Sonra qonaqlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Gürcüstan parlamentində təmsil olunan 3 azərbaycanlı deputatdan biri Abdulla İsmayilov da iştirak edir.
Abdulla İsmayılov 2020-ci il oktyabrın 31-də Gürcüstan parlamentinə keçirilən seçkilərdə "Vahid Milli Hərəkat" partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.

Sanqam SADIQOV,
ZiM.Az-ın xüsusi müxbiri

Gürcüstan müxalifətinin nümayəndə heyəti Bakıda
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: