Azərbaycan-Gürcüstan FM radiosu 20 Yanvar faciəsi barədə məlumatlar yayıb

Azərbaycan-Gürcüstan FM radiosu 20 Yanvar faciəsi barədə məlumatlar yayıb Tbilisi, 20 yanvar, AZƏRTAC

Gürcüstanda Azərbaycan dilində yayımlanan Azərbaycan-Gürcüstan FM (AGFM) radiosu 20 Yanvar faciəsi ilə əlaqədar xəbərlər, o cümlədən, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun müsahibəsini yayımlayıb.

X.Əzizov 20 Yanvar faciəsinin səbəbləri, Azərbaycan tarixindəki yeri, bu faciəyə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətləri barədə dinləyicilərə məlumat çatdırıb. Bildirib ki, sovet imperiyasının xalqların azadlıq istəyini boğmaq istiqamətindəki bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və gürcü xalqları müstəqilliyinə qovuşublar.

Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarının heç zaman unutmurlar. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqillik böyük bir imperiya üzərində əldə olunan şanlı zəfərdir.

Paytaxt Tbilisi ilə yanaşı, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Tetrisgaro, Rustavi, Qardabani rayonlarında yayımlanan radionun əsas məqsədi Gürcüstan vətəndaşı olan azərbaycanlıları məlumatlandırmaq, onların gürcü cəmiyyətinə inteqrasiyasına kömək göstərməkdir.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: