Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilibGürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilibGürcüstan. Nizami Məmmədzadə-APA.

Yanvarın 20-də Borçalıda azərbaycanlılar yaşayan bölgələrdə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
İlk anım tədbiri Marneulidə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açan AMM-in sədri Fazil Həsənov 20 Yanvar və 9 Aprel faciələrinin Azərbaycan və Gürcüstanın müstəqillik günlərinə aparan tarixi bir gün olduğunu bildirib.
Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev, Marneuli rayon icra hakimiyyəti başçısının müavini Kamandar İsmayılov, Bolnisinin Faxralı kəndindən olan şəhid İlqar Əhmədovun qohumu Avtandil Əhmədov, 20 Yanvar faciəsinin şahidi, elm işçisi İsmixan Abdullayev və digər ictimaiyyət nümayəndələri çıxış edərək Qanlı Yanvar hadisəsinin dəhşətlərindən söhbət açaraq, bu faciənin yaddaşlardan silinməyəcəyini bildiriblər.

Tədbirdə 20 Yanvar hadisəsindən bəhs olunan film nümayiş olunub. Tədbirdən sonra Azərbaycan səfirliyinin əməkdaşı İmran Abdullayev və parlament üzvləri Kirəc-Muğanlı kəndindən olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş, şəhid Vəfadar Eminovun ata yurduna baş çəkiblər. Həmin gün Rustavidə şəhid Fariz Babanlının xatirəsi anılıb.

Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində 20 Yanvar faciəsi anılıb.
Yanvarın 20-də həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunan foto əsərlərin sərgisinin açılışı olub.

Bolnisi rayonunun Faxralı kəndində isə 1990-cı ildə 20 Yanvar Bakı faciəsində şəhid olan İlqar Əhmədovun qəbri ziyarət olunub və sonra Arif Əliyev adına orta məktəbdə tədbir davam edib. Şagirdlər qəhrəmanlıq, torpaq və vətən haqqında şeirlər söyləyiblər. Tədbirdə Azərbaycan səfirliyinin rəsmiləri İlyas MəmmədovVüsal Məmmədov, həmçinin SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak ediblər.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: