MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ
Azərbaycan Mətbuat Şurası Gürcüstanda nəşr olunan “Gürcüstan” qəzetinə
95 illik yubileyi
münasibəti ilə
təbrik məktubu
ünvanlayıb.

Mətbuat Şurasının sədri,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Azərbaycan-Gürcüstan
Parlamentlərarsaı
Dostluq Qrupunun rəhbəri
Əflatun Amaşovun
adından ünvanlanan
məktubda
deyilir:


“XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan-Gürcüstan ictimai və mədəni əlaqələri fonunda baş verən proseslər bütövlükdə Cənubi Qafqazın həyatında əhəmiyyət daşımağa başladı. Həmin vaxt regionda mərkəz sayılan Tiflisin ədəbi-bədii mühiti azərbaycanlı ziyalıların bir çoxunun yaradıcılığında müstəsna rol oynadı. Xalqımızın görkəmli simaları Gürcüstanda, o cümlədən Borçalı elində türk özünüdərki və kimliyi ilə bağlı proseslərə mühüm töhfələr verdilər. Bu işdə onların qurub-yaratdıqları mətbuat orqanları bənzərsiz və təkrarsız missiya daşıdı. 1921-ci ildə ana dilimizdə nəşrə başlamış “Gürcüstan” qəzetinin 95 illik fəaliyyəti də məhz bu baxımdan qiymətləndirilməlidir.

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik tarixə malikdir. Hər iki ölkə xalqları arasındakı bağlılıq tellərinin qorunmasının, dostluq ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi dəfələrlə isbatlanıb. “Gürcüstan” qəzeti yarım əsrə yaxın müddətdə bu vacibliyin yorulmaz təbliğatçısına çevrildi, yüksək peşəkarlıq dəst-xətti, təqdimat zənginliyi ortaya qoydu. Keçmiş SSRİ-nin mətbuat aləmində xüsusi çəkiyə və nüfuza malik olan yubilyar nəşr Borçalı ədəbi mühitinin ayrıca cərəyan kimi inkişafında da katalizator rolunu oynadı. Uzun illər “Sovet Gürcüstanı” adı ilə fəaliyyət göstərmiş qəzet həmçinin Gürcüstandakı soydaşlarımızın öz hüquq və vəzifələrinin dərkində tarixi xidmətlər göstərdi, bununla da dahi mütəfəkkir Həsən bəy Zərdabinin “Əkinçi” maarifçilik xəttinə sədaqətini nümayiş etdirdi.

“Gürcüstan” bu gün də ənənələrinə sadiqdir. O, Azərbaycan və Gürcüstan arasındakı ictimai və mədəni münasibətlər sistemində etibarlı mərkəz, körpü rolunu oynamaqda davam edir. Azərbaycan Mətbuat Şurası qəzetin bu missiyasını yüksək qiymətləndirir. Şura nəşrin 95 illik yubileyini təbrik edir, onun yaradıcı kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayır.

95 yaşınız mübarək, əziz “Gürcüstan”lılar!”

Azərbaycan Mətbuat Şurası həmçinin 95 illik yubileyini qeyd edən “Gürcüstan” qəzetini özünün fəxri diplomu ilə də təltif edib.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: