"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK EDİRİK!..

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK EDİRİK!.. Bu günlərdə Türkiyənin Təhsil və Elm Təşkilatları Birliyi (TÜRK EĞİTİM-SEN) tərəfindən Antalya şəhərində böyük türk mütəfəkkiri Xoca Əhməd Yasəvinin ildönümü münasibətilə “Beynəlxalq türk dünyası: təhsil və sosial elmlər” mövzusunda konfrans keçirilib.
ZiM.Az xəbər verir ki, konfransda “Türkologiya” jurnalının şöbə müdiri Elçin İbrahimov “Türkdilli xalqlar arasında ortaq türkcənin yaradılmasında əlifba fərqliliklərinin təsiri: problemlər, çıxış yolları və nəticələr” mövzusunda məruzə ilə çıxış edib.

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK EDİRİK!.. Mövzusunun aktuallığına görə Elçin İbrahimov konfransın təşkilat komitəsi tərəfindən “Xoca Əhməd Yasəvi” mükafatına layiq görülüb, diplom və medalla təltif edilib.

Konfransın keçirilməsinin məqsədi türkdilli xalqlar arasında elmi əməkdaşlıq və təhsil sahəsində mövcud problemlərin araşdırılması və aradan qaldırılmasıdır. Bu baxımdan konfransda elmin bütün sahələrini əhatə edən panellər və iclaslar keçirilib.
Filologiya bölməsində qədim türk dilləri, dil nəzəriyyəsi, müasir türk dilləri, türkologiya elminin bugünkü problemləri, tərcümə nəzəriyyəsi, terminologiya, klassik türk ədəbiyyatı, folklorşünaslıq, şifahi xalq ədəbiyyatı və digər sahələri əhatə edən məqalə və tezislər qəbul olunub.

Qeyd edək ki, beynəlxalq “Türkologiya” jurnalının təsisçisi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətidir. Rəyasət heyətinin müvafiq qərarından sonra jurnalın yeni tərkibində və beynəlxalq məsləhətçilər sırasında ciddi dəyişikliklər edilib. Bundan sonra “Türkologiya” jurnalı beynəlxalq sahədə əməkdaşlığını genişləndirib və dünya türkologiya aləmi ilə sıx əlaqələr yaradıb.

Biz də Zim.Az-ın Yaradıcı Heyəti adından “Türkologiya” jurnalının şöbə müdiri hörmətli Elçin İbrahimovu bu yeni uğuru münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: