AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilibAMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilibAMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilibAMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib 2017-ci il fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib.

İclası giriş sözü ilə bölmənin akademik-katibi, akademik Teymur Kərimli açıb, gündəlikdə yer alan elmi-təşkilati və cari məsələlər haqqında məlumat verib.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki,
əvvəlcə HEB-in elmi tədqiqat müəssisələrində 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub. Bildirilib ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməli, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməlidir. Doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verilməsi tövsiyə olunub.

Müzakirədən sonra qəbulun nəticələrinin təsdiqi və mövzuların Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edilib.

Bölmənin növbəti qərarı ilə Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik olunub.
Şöbə rəisləri vəzifələrinə yeni təsdiq olunan AMEA-nın müxbir üzvləri Zemfira SəfərovaRəna Məmmədova, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva, memarlıq üzrə fəlsəfə doktorları Sabir OrucovRahibə Əliyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Elmi şuranın tərkibinə daxil ediliblər.

Sonra tədbirdə cari məsələlərə baxılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elm-təhsil inteqrasiyası" müsabiqəsinə təqdim ediləcək layihələr müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.

İclasda HEB-in Rəyasət Heyətinə təqdim edəcəyi "AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri" mövzusunda hesabat məruzəsinə də baxılıb. Məruzə ilə çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, elmi müəssisələrdə aparılan tədqiqat işləri Azərbaycanın müstəqilliyinin və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərinin qorunmasına istiqamətlənib.

Akademik Teymur Kərimli ötən ildə bölmə üzrə elektron elmin vəziyyəti, elmi kadrların hazırlanması, faundreyzinq fəaliyyəti, məqalələrin beynəlxalq indeksli jurnallarda dərci, müəssisələrin beynəlxalq əlaqələri, elmlə təhsilin inteqrasiyası və digər məsələlər haqqında məlumat verib.

Məruzə dinlənildikdən sonra geniş müzakirə aparılıb, fikirlər səsləndirilib.
Hesabatın qənaətbəxş sayılması və Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: