Tədbirdə HEB-in AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər üzrə Ekspert komissiyasının sədri, akademik Kamal Abdullayev, AMEA-nın
vitse-prezidenti, akademik
İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və namizədliyi qeydə alınmış alimlər iştirak ediblər.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
iclası giriş sözü ilə
Bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
Akademik T.Kərimli bildirib ki, tədbir bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunub. Akademik vurğulayıb ki, bölmədən "Ədəbiyyatşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Sənətşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Dilçilik" ixtisası üzrə müxbir üzvlüyə 1, "Folklorşünaslıq" ixtisası üzrə isə həqiqi üzvlüyə 1 vakant yer nəzərdə tutulub. Akademik-katib ümumilikdə həqiqi üzvlüyə 5, müxbir üzvlüyə isə 31 namizədin qeydə alındığını nəzərə çatdırıb.
İclasda çıxış edən akademik Kamal Abdullayev tədbirin məqsədinin namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətləri ilə yaxından tanışlıq olduğunu bildirib və seçkidə iştirak edəcək hər kəsə uğurlar arzulayıb.
Sonra namizədlər fəaliyyətləri, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdikləri töhfələr haqqında geniş məlumat veriblər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.