2017-ci il mayın 2-də
Azərbaycan Milli Elmlər Akademiyasının
Ümumi yığıncağında
Azərbaycanda Atatürk Mərkəzinin müdiri,
Millət vəkili, Əməkdar Elm Xadimi,
tanınmış türkoloq, görkəmli dilçi-alim,
filologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü NİZAMİ CƏFƏROV
AMEA-nın həqiqi üzvü - akademiki
seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının
Ümumi yığıncağında
Azərbaycanda Atatürk Mərkəzinin müdiri,
Millət vəkili, Əməkdar Elm Xadimi,
tanınmış türkoloq, görkəmli dilçi-alim,
filologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü NİZAMİ CƏFƏROV
AMEA-nın həqiqi üzvü - akademiki
seçilib.
Nizami Qulu oğlu Cəfərov - 1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun
Zəlimxan kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır.
2000-ci ildən Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiridir.
25 kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir.
O, elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dünya Alpaqut Federasiyasının Prezidentidir.
Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il) və V çağırış (2015-ci il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədri olub. Hazırda Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İctimai birliklər və dini qurumlar komitəsinin və Toponimiya komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
Dəyərli ziyalımız, sevimli Millət vəkilimiz, görkəmli alim, tanınmış ictimai-siyasi xadim,
sözün əsl mənasında xeyirxah insan, çox hörmətli Nizami Qulu oğlu Cəfərovu
AMEA-nın həqiqi üzvü - akademiki seçilməsi münasibətilə öz adımdan,
ailəmiz adından, atam - professor Mədəd Çobanovun adından,
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
sözün əsl mənasında xeyirxah insan, çox hörmətli Nizami Qulu oğlu Cəfərovu
AMEA-nın həqiqi üzvü - akademiki seçilməsi münasibətilə öz adımdan,
ailəmiz adından, atam - professor Mədəd Çobanovun adından,
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.