AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcək

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcək Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri Peşə Birliyi (İLESAM) təşkilatının rəhbəri,
şair Mehmet Nuri Parmaksız
AMEA-nın Folklor İnstitutunda olub.


İnstitutun direktoru, akademik Muxtar İmanovla görüşdə qonaqlara elmi müəssisənin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Həmçinin iki qurum arasında gələcəkdə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub və əməkdaşlıq haqqında müqavilənin hazırlanması barədə razılığa gəlinib.

Qeyd edək ki, 1951-ci ildə fəaliyyətə başlayan İLESAM musiqi, kino, incəsənət və elm-ədəbiyyat olmaqla dörd kateqoriyada müəlliflərin hüquqlarını qoruyur. Bundan əlavə, təbliğat, elmi müsabiqələr və türk xalqlarının dillərində yazılmış əsərlərdən ibarət topluların nəşrini həyata keçirir.

REDAKSİYADAN:

AMEA-nın 2 may 2017-ci il tarixli ümumi yığıncağında
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Muxtar Kazım oğlu İmanov AMEA-nın həqiqi üzvü - akademiki
seçilib
.

Fürsətdən istifadə edərək, biz də bu münasibətlə görkəmli alim,
çox hörmətli akademik Muxtar Kazım oğlu İmanovu
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı,
elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: