2017-ci il mayın 2-də
Azərbaycan Milli Elmlər Akademiyasının
Ümumi yığıncağında
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri,
tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Nərgiz Arif qızı Paşayeva
AMEA-nın həqiqi üzvü - akademiki
seçilib.
Nərgiz Arif qızı Paşayeva - 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır.
1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir.
23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür.
2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədridir.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuşdur.
2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir.
30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Akademik Arif Paşayevin qızıdır.
2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
18 noyabr 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya–Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə "Dostluqda göstərdiyi xidmətlərə görə" nişanı ilə təltif olunmuşdur (18 noyabr 2008-ci il, vəsiqə № 1213).
Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Rusiya Federasiyasının Prezidenti D.Medvedevin 20 aprel 2011-ci il tarixli 483 saylı Sərəncamına əsasən Rusiya–Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə – "Dostluq" ordeni ilə təltif edilmişdir.
20 iyun 2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D.Medvedev Prezidentin Moskva yaxınlığındakı "Qorki" iqamətgahının Mavi zalında xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimdə "Dostluq" ordenini şəxsən təqdim etmişdir.
Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ilin aprel ayında YUNESKO-nun "Mədəniyyətlərin müxtəlifliyinə görə" medalı ilə təltif olunmuşdur.
Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfələrinə görə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdir.
Mükafatı 04 aprel 2012-ci ildə Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyasının Xarici işlər naziri S.Lavrov MDU-nun Bakı filialında şəxsən özü təqdim etmişdir.
Macarıstanın Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə professor Nərgiz Paşayeva 30 aprel 2012-ci ildə Macarıstanın dövlət mükafatı ilə – "Xidmətlərə görə" Komandor xaç ordeni ilə təltif edilmişdir.
"ÜNS" yaradıcılıq səhnəsində keçirilən təqdimat mərasimində ali dövlət mükafatını Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoro təqdim etmişdir.
2012-ci ildə "Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası"nın ("European Chamber of Trade, Commerce and İsndustry – EEİG") Qızıl ordeni ilə təltif olunmuşdur.
Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli "Akademik Palma" fransız ordeni ilə təltif olunmuşdur. Bu yüksək mükafatı Fransanın Azərbaycandakı səfiri Paskal Monye təqdim etmişdir.
26 yanvar 2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.
19 aprel 2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdür.
(Şəkildə: Rusiya prezidentindən mükafat alarkən)
Dəyərli ziyalımız, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri,
tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru,
professor Nərgiz Arif qızı Paşayevanı
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri,
tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru,
professor Nərgiz Arif qızı Paşayevanı
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.