Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün növbəti dərs təşkil edilir

Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün növbəti dərs təşkil edilir Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün növbəti dərs təşkil edilir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni üzrə dərslərdə iştirak edirlər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki, son dərsdə dinləyicilərə “Kitabi-Dədə Qorqud” dastanı haqqında mühazirə oxunub. İnstitutun əməkfaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda qorunub saxlanılan foto sürətləri əsasında tələbələrə abidə ilə bağlı geniş məlumat məlumat verib. O, institutda dastanının tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Mühazirəçi sonda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, institutda “SABAH” qrupunun tələbələri üçün mütəmadi olaraq dərslər təşkil edilir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: