“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib “Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib “Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib “Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib 2017-ci il 23 oktyabrda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü ZiM.Az-a bildirib ki, AMEA-nın prezidenti akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunmuşdur.

Müsabiqənin təşkili üçün komissiya yaradılmış, akademik T.Kərimli - sədr, akademik M.Nağısoylu - sədr müavini, akademik N.Cəfərov, akademik R.Hüseynov, prof. S.Abdullayeva komissiyanın üzvləri seçilmişdir.

Müsabiqədə iştirak etmək üçün AMEA-nın rəsmi veb səhifəsində online qeydiyyat forması (Qeydiyyat üçün son gün 16 oktyabr 2017-ci il tarixi) və müsabiqə şərtləri ilə bağlı məlumat yerləşdirilmişdir.

Ümumi olaraq bu müddət ərzində müsabiqə ilə bağlı sosial şəbəkələrdə, Dilçilik İnstitutunun rəsmi veb səhifəsində məlumatlar verilmişdir. Müsabiqə ilə bağlı suallara və şərtlər haqqında məlumat almaq üçün əlaqə nömrəsi təyin edilmişdir.

Ümumiyyətlə, müsabiqəyə AMEA-nın müxtəlif institutlarından (Fizika İnstitutu, Dilçilik İnstitutu, Əlyazmalar İnstitutu, Ədəbiyyat İnstitutu, Genetik ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Coğrafiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Geologiya və Radiasiya Problemləri İnstitutu, Kataliz və Qeyri-üzvi kimya İnstitutu, Zoologiya İnstitutu və s.) 140-a yaxın magistr, doktorant və dissertant qeydiyyatdan keçərək müraciət etmişdir. Müraciət edənlərin içərisindən hazırda təhsilini davam etdirən iştirakçıların qeydiyyatı təsdiqlənmiş onlara müsabiqənin vaxtı və məkanı, şərtləri haqqında məlumatlar göndərilmişdir.

Müsabiqə 3 gün ərzində 23, 24, 25 oktyabr 2017-ci il tarixlərində keçiriləcəkdir.
5 mərhələdən ibarət olan müsabiqənin işçi qrupu formalaşdırılmış, müxtəlif institutlardan görkəmli alim və mütəxəssislər cəlb olunmuşdur. Müsabiqə əsasən Mərkəzi Elmi Kitabxananın 205 nömrəli zalında və AMEA əsas binanın Kiçik zalında keçiriləcəkdir.

Müsabiqəyə sədrliyi AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu edib.

Müsabiqə çərçivəsində: “Mənim Akademiyam”, “Mən bu ixtisası niyə seçdim?”“Ana dilim milli varlığımdır” mövzularında inşalar yazılıb.

Müsabiqədə komissiyanın üzvü akademik Nizami Cəfərov iştirak edib.

Bununla yanaşı Dilçilik İnstitutunun Daxili Komissiya üzvləri: professor Qara Məşədiyev, Sayalı Sadıqova, Məsud Mahmudov, elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, elmi katib Aynel Məşədiyeva, dosent Kifayət İmamquliyeva müsabiqədə iştirak ediblər.

Müsabiqənin koordinatoru Dilçilik İnstitutuTəhsil şöbəsinin müdiri Qətibə Quliyevadır.

Müsabiqədə 140 nəfər iştirakçıdan 115 nəfər magistr, doktorant və dissertant iştirak edib.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: