ÜLVİ BÜNYADZADƏ:
ŞƏXSİYYƏTİ VƏ ƏDƏBİ İRSİ”
mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
100 illik bu dövlətin tarixində çox şəxsiyyətlərin xüsusi rolu, mübarizəsi, izi olmuşdur.
Bu müqəddəs yolda kimisi Qazi, kimisə də Şəhid oldu. Amma milli mübarizlər məqsədlərinə nail olmuşlar - kimin döyünən ürəyi sevinmiş, kimininsə ruhu.
Azərbaycan Milli Müstəqilliyi, Milli Mücadiləsi yolunda həm mənəvi dünyası, həm də cismani ömrü ilə adını əbədiyyətə yazmış bir ad da var - milyonların qəlbində yer almış şəhid-şair Ülvi Yusif oğlu Bünyadzadə.
Ülvi Bünyadzadənin ilk yaradıcılıq fəaliyyəti poeziya aləmi ilə bağlı olmuşdur.
Uşaq yaşlarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə meyl etmiş və getdikcə həyati müşahidələri, düşüncələri ilə buna daha da bağlanmışdır. Ülvinin bütün şeirləri, yazıları onun xarakteri ilə bir vəhdətdə birləşir, bu, vətənə, torpağa, elə məhəbbət hissi ilə əlaqədardır. Ülvi ədəbi yaradıcılığı üzərində ciddi çalışmışdır. Həmin illərin bəhrəsi olaraq bu gün əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi irsi vardır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur.
Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!
Azadlıq eşqilə şeirlər qoşan, Vətən təəssübü ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20 illik həyatı ilə Azərbaycan tarixində, Azərbaycan ədəbi-mədəni həyatında silinməz izlər qoymuşdur.
2018-ci il noyabr ayının 09-10-da “Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransda Ülvi Bünyadzadə həyat və yaradıcılığından bəhs edən məruzələr diqqətə alınacaqdır.
100 illik Cümhuriyyətimiz tarixində yeri, izi, tarixi mücadiləsi olan 20 yaşlı nakam Ülvi Bünyadzadənin 2019-cu ildə isə 50 yaşı tamam olur.
Ülvi Bünyadzadə ədəbi irsini öyrənən komissiya
Təşkilat komitəsi
Elmi konfransda iştirak etmək istəyənlər
E l a n - 12 dekabr 2017
Məqalə qəbulunun son tarixi - 25 mart 2018
İştirakçı elanı: - 20 iyun 2018
Konfransın proqramı: - 01 noyabr 2018
Konfransın keçirilmə tarixi - 09 – 10 noyabr 2018
İ ş t i r a k ç ı n ı n
Q e y d i y y a t
f o r m a s ı
Adı, Atasının adı
Soyadı:
Ölkə:
Şəhər:
İşlədiyi qurum:
Universiteti:
Bölmə, şöbə:
Elmi dərəcəsi:
Vəzifəsi
E-mail:
Telefon:
M ə q a l ə n i n
y a z ı l m a
q a y d a l a r ı
Tezislər A4 formatında, MS WORD proqramında 12 pinto və 1,5 sətir aralığıyla yazılmalıdır. Tam mətnin səhifə sayı 8-15 arası olmalıdır. İki dildə (türk, rus və ya ingilis dillərində) 150 sözü keçməyəcək xülasə, 4-6 kəlməlik açar söz verilməlidir. Istifadə edilən ədəbiyyat göstərilməlidir.
Ə l a q ə
ulvibunyadzade@mail.ru +99470-382-74-59; +99450-382-74-59
Almaz Ülvi Binnətova +99412-581-57-85
“Ülvi Bünyadzadə: şəxsiyyəti və ədəbi irsi”
mövzusunda keçiriləcək Beynəlxalq Elmi Konfransın
mövzu başlıqları
1. Ülvi Bünyadzadənin ədəbi şəxsiyyəti və irsi
2. Ülvi Bünyadzadənin həyatı haqqında tədqiqatlar
3. Ülvi Bünyadzadənin yaradıcılığı elmi mənbələrdə
4. Ülvi Bünyadzadə yaradıcılığı elmi nəşrlərdə
5. Ülvi Bünyadzadə haqqında mətbuat yazıları
6. Ülvi Bünyadzadə şəxsiyyəti və irsi xarici mənbələrdə
7. Ülvi Bünyadzadə lirikası
8. Ülvi Bünyadzadənin poeziyasının fəlsəfi məqamları
9. Ülvi Bünyadzadənin yaradıcılığında insan xarakteri
10. Ülvi Bünyadzadənin obrazlar silsiləsi
11. Ülvi Bünyadzadənin poeziyasında sevgi
12. Ülvi Bünyadzadə romantikası
13. Ülvi Bünyadzadənin poemalarında vətəndaşlıq və vətənpərvərlik coşqusu
14. Ülvi Bünyadzadənin yaradıcılığında təbiət mövzusu
15. Ülvi Bünyadzadənin əsərlərində ölüm motivləri
16. Ülvi Bünyadzadənin bəşəri düşüncələr
17. Ülvi Bünyadzadənin hekayələri
18. Ülvi Bünyadzadənin nəsrində Vətən obrazı
19. Ülvi Bünyadzadənin dram əsərlərində eşq duyğuları
20. Ülvi Bünyadzadənin tərcümələri
21. Ülvi Bünyadzadənin publisistikası
22. Ülvi Bünyadzadənin yaradıcılığında folklor motivləri
23. Ülvi Bünyadzadənin “And”ının ictimai-siyasi xarakteri, fəlsəfi məzmunu
24. Ülvi Bünyadzadənin məktublarında ictimai məzmun
25. Ülvi Bünyadzadənin məktublarının tərbiyəvi xarakteri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.