Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim
Mirzağa Quluzadənin anadan olmasının
110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli görkəmli alimin zəngin elmi yaradıcılığından, institutun direktoru kimi fəaliyyətindən bəhs edib.
Akademik bildirib ki, yüksək intellektual təfəkkürə malik olan M.Quluzadə öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verib.
Elmi sessiyada filologiya elmləri doktoru
Fəridə Əzizova "Mirzağa Quluzadə klassik irsimizin tədqiqatçısı kimi", filologiya elmləri doktoru Məmməd Əliyev "Professor Mirzağa Quluzadə", filologiya elmləri doktoru İmamverdi Həmidov "Professor Mirzağa Quluzadənin elmi-təşkilati fəaliyyətinə dair" mövzularında məruzə ilə çıxış ediblər.
Daha sonra filologiya elmləri doktoru
Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad alim haqqında xatirələrini bölüşüblər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.