Tədbirdə institutun direktoru, akademik Gövhər Baxşəliyeva müasir Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin xalqımızın tarixi inkişafındakı müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, respublikanın ən çətin vaxtında xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkədə ictimai asayişin bərpasına nail olub.
İnstitutun direktoru dahi rəhbərin xalqda gələcəyə böyük inam yaratdığını, qısa zamanda ölkəmizdə yüksək iqtisadi inkişafın əsasını qoyduğunu, Azərbaycanı regionda lider dövlətə çevirdiyini qeyd edib.
G.Baxşəliyeva ümummilli liderin ölkəmizdə bütün sahələrə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, ulu öndərin AMEA-da ziyalılarla görüşünü xatırladıb.
Akademik G.Baxşəliyeva hazırda dahi liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib. Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan, inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu bildirib.
Tədbirdə institutun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən söz açıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.