Nəsimi adına
Dilçilik İnstitutunda
Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
iclasda "Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” müzakirə olunub.
İclası açılış nitqi ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunmuş və çap üçün tövsiyə edilmişdir.
Sonra yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb.
“Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözü “ alğı-satqı” yazılması təklifi məqbul sayılıb.
Həmçinin bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.
Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.