AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü keçirilibAMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü keçirilib 2018-ci il Yanvarın 17-də AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
20 Yanvar faciəsinin
28-ci ildönümü ilə
əlaqədar anım tədbiri keçirilib.

Mərasimi
Dilçilik İnstitutunun
direktoru akademik
Möhsün Nağısoylu açıb.


İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Akademik M.Nağısoylu 20 yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri faciəvi olsa da milli dövlətçiliyimizin bərpasında və milli dövlətçiliyimizə gedən yolda çox önəmli xarakter daşıyır.

Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu Öndər 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirib.

Tədbirdə çıxış edənlər xalqımızın qan yaddaşında dərin iz buraxmış faciə barədə məlumat vermişlər. Vurğulanıb ki, Qanlı Yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar faciəsi həm də Azərbaycan tarixində bir qürur mənbəyidir.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: