AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olurTƏBRİK EDİRİK!..

Martın 5-də Azərbaycanın folklorşünas alimi,
AMEA Folklor İnstitutunun şöbə müdiri,
AMEA-nın müxbir üzvü Kamran Əlyevin
65 yaşı tamam olur.


Kamran Əliyev - 1953-cü il mart ayının 5-də
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Diyadin kəndində anadan olub.
1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub.
1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən K.Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib..

O, 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
1979-1992-ci illərdə həmin institutda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.
1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor işləyib.

Alim 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən isə Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır.

K.Əliyev 1980-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
2017-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim 20 kitabın, o cümlədən 10 monoqrafiya, 250-yə yaxın məqalənin müəllifidir.
Onun rəhbərliyi ilə 10 namizədlik dissertasiyası müdafiə edilib.
K.Əliyev, həmçinin 16 doktorluq və 49 namizədlik dissertasiyasının rəsmi opponenti olub.

O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına
layiq görülüb.

Biz də Azərbaycanın Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas-folklorşünas alim, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əlyevi anadan olmasının 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun şmür, möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: