İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki,
görüşdə AMEA-nın
vitse-prezidenti, akademik
İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb.
Akademik İsa Həbibbəyli professor Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Akademik onu da nəzərə çatdırıb ki, Şükrü Haluk Akalın Azərbaycanın mənafeyini, mövqeyini müdafiə edən şəxsiyyətlərdən biridir. Son illərdə onunla akademik Möhsün Nağısoylu arasında qardaşlıq, dostluq münasibəti formalaşıb ki, bu da Türkiyə dilçilik mühitinin əlaqəsi deməkdir.
Sonra çıxış edən
Nəsimi adına
Dilçilik İnstitutunun
direktoru, akademik
Möhsün Nağısoylu
bildirib ki,
Şükrü Haluk Akalının Azərbaycan dilində səlis danışmağı Azərbaycan dilinə olan sevgisindən irəli gəlir. Yaxın gələcəkdə Haluk bəy Nəsimi adına Dilçilik İnstitutunun Fəxri doktoru adına da layiq görüləcək.
Görüş çərçivəsində professor Şükrü Halûk Akalın “Çağdaş Sözlükçülükte Elektronik Sözlükler ve Türk Dilinin Elektronik Sözlükleri” mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, Türkiyə türkcəsində elektron sözlüklərdən 1990-cı illərdən istifadə olunmağa başlanılıb.
Ş.H.Akalın həmçinin, 12 cildlik “Türkiyə türkcəsinin dialektoloji lüğət”inin əhəmiyyətindən də bəhs edib.
Daha sonra çıxış edənlər Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar danışıblar.
Hüsniyyə ÇOBANOVA,
ZiM.AZ
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.