"Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu

"Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu 2018-ci il iyunun 28-30-da Türkiyənin Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırma Mərkəzində "Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu keçirilib.
Simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Təhsil şöbəsinin müdiri dosent Qətibə Quliyeva və Türkologiya jurnalının məsul katibi fil.ü.f.d. Elçin İbrahimov iştirak edib.

"Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu İnstitutun İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə Şükürlü ZiM.Az-a bildirib ki, konfransda akademik M.Nağısoylu “Türkcəni zənginləşdirən XIII-XIV əsrlər farsca-türkcə lüğətlər” mövzusunda məruzə ilə çıxış edib.

Akademik çıxışında bildirib ki, Azərbaycanda milli ədəbi dilin zənginləşməsində orta əsrlərin yadigarları olan Farsca-türkcə lüğətlərin mühüm rolu olmuşdur. Orta yüzilliklərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda lüğətçilik geniş inkişaf etmiş, bir sıra izahlı və ikidilli lüğətlər tərtib olunmuşdur. Bu dövrün ən məşhur ikidilli lüğətlərindən biri dövrünün görkəmli alimi Fəxrəddin Hinduşah bin Səncər Naxçıvaninin “Sihahül-əcəmiyyə” əsəridir.

Akademik qeyd edib ki, Türkcənin dil varlığının zənginliyini özündə ehtiva edən “Sihahül-əcəm” lüğəti XIII əsr Azərbaycan-türk dilində söz yaradıcılığının müxtəlif vasitələrini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.

İki gün davam edən konfrans bölmə iclasları üzrə davam etdirilib. Simpoziumun yekun iclasında akademik Möhsün Nağısoylu simpoziumun təşkilinin əhəmiyyətini vurğulayıb.

Hüsniyyə ÇOBANOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: