Mərziyə Nəcəfova "Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalı ilə təltif edilib

Mərziyə Nəcəfova "Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalı ilə təltif edilibTƏBRİK EDİRİK!

Sentyabr ayının 18-də AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Elmi şurasının növbəti iclasında Müstəqilllik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfovaya “Avropa Nəşr Mətbuat evi”nin qızıl medalı təqdim edilmişdir.


Laureat haqqında İnstitutun direktoru akademik İsa Həbibbəyli, “Avropa Nəşr Mətbuat evi”nin nümayəndəsi Sahilə Abdullayeva çıxış etmişlər.

Biz də çox hörmətli Mərziyə xanımı qızıl medala layiq görülməsi münasibətilə ürəkdən təbrik edir
və ona yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: