Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Türk Dili Qurultayı”nda

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Türk Dili Qurultayı”nda Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Türk Dili Qurultayı”nda 2018-ci il 25-28 sentyabr tarixlərində Polşa Pespublikasının paytaxtı Varşava şəhərində Varşava Universiteti, Yunus Əmrə İnstitutu, Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Vəqfi və Bilkənt Universitetinin dəstəyi və təşkilatçılığı ilə “XIII Uluslararası Böyük Türk Dili Qurultayı” keçirilmişdir.

Hər il ənənəvi keçirilən bu qurultay 26 sentyabr tarixində Türkiyədə qeyd olunan Dil bayramının şərəfinə təşkil olunmuşdur.


Qurultayda Azərbaycandan Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun, Nizami adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 10 əməkdaşı iştirak etmişdir. Qurultaya müxtəlif ölkələrdən 120 alim qatılmışdı.

Açılış proqramında Qurultay Düzenleme Kurulu başkanı və Bilkənt Universitetinin Öyretim Üyesi Prof. Dr. Rasim Özyürek, Yunus Əmrə İnstitutununn başkanı Prof. Dr. Şeref Ateş, Varşava Yunus Əmrə İnstitutunun müdiri Doç.Dr. Öztürk Emiroğlu, Varşava Universiteti Türkoloji və Orta Asiya Xalqları bölümünün başkanı Doç. Dr. Agata Baraja Starzynska, Türkiyə-Azerbaycan Dostluq İşbirliyi Vəqfinin başkanı Prof. Dr. Ənvər Həsənoğlu, Azərbaycan Respublikasının Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov və Türkiyə Respublikasının Polşadakı səfiri Tahsin Tunç Üğdül çıxış etdilər.

Varşava şəhərində keçirilən “XIII Uluslararası Böyük Türk Dili Qurultayı”nda türk dillərinin tarixi, etimologiyası, dil əlaqələri, türk ədəbiyyatı, türk ləhcələri, türk lüğətçiliyi, türk toponimiyası mövzularında məruzələr edildi. Qurultayda Nəsimi adına Dilçilik İnstitutundan direktor, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli və Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi, professor Roza Eyvazova iştirak etmişlər.

Qurultayda akademik Möhsün Nağısoylu “Klassik farsca-türkcə sözlüklərin dil tarixi baxımından dəyəri”, dosent Baba Məhərrəmli “Türk dillərində ilkin əvəzlik kökləri”, professor Roza Eyvazova isə “Salmas ağzı” əsəri dillərin qarşılıqlı əlaqələri zəminində” mövzularında çıxış etmişlər.

Akademik Möhsün NağısoyluRoza Eyvazova qurultayın Bilim Kurulunun üzvü idilər.

Qurultayın ikinci günü Azərbaycan Respublikasının Polşadakı Səfiri, tarix elməri doktoru Həsən Həsənov Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri ilə birgə Varşavada Polşa-Azərbaycan xalqlarının dostluğuna həsr olunmuş general Maçey Sulkeviçpolkovnik Vəli bəy Yadigarın şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş və xatirə şəkilləri çəkdirmişlər.
Xatırladaq ki, 1918-1920-ci illərdə – Azərbaycanın azadlığı uğrunda mübarizə apardığı dövrdə öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda böyük xidmətlər göstərmiş, Azərbaycan Ordusunun Qərargah Rəisi olmuş və Cümhuriyyətin devrilməsindən sonra bolşeviklər tərəfindən həbs olunaraq güllələnmişdir. İkinci Dünya müharibəsi illərində Polşa Ordusunu yenidən quran, milliyətcə Azərbaycan türkü, polkovnik Vəli bəy Yadigar kommunistlər Polşada hakimiyyətə gəldikdən sonra Argentinaya mühacirət etmiş və orada çox ağır bir həyat sürmüşdür. Ölümündən öncə o, qızına Polşadakı müsəlman qəbiristanlığında dəfn edilməsini vəsiyyət etmişdir. Onun Onun nəşi Argentinadan Polşaya gətirilərək dövlət səviyyəsində dəfn edilmişdir.

Azərbaycan Respublikasının Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov
Azərbaycandan gələn hər bir nümayəndə heyətini, o cümlədən akademik Möhsün Nağısoylunu, professor Roza Eyvazovanı və dosent Baba Məhərrəmlini “Azərbaycan – Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı ilə təltif etmişdir.

Cənab Həsən Həsənov
Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət vermişdir.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: