Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
“Elm günü”nə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslıq elmi: vəzifələr və problemlər” mövzusunda elmi sessiya keçirilib.


ZiM.Az xəbər verir ki, sessiyanı giriş sözü ilə
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq “Elm günü”nün təsis olunması ilə bağlı Sərəncamına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib. Qeyd edilib ki, ölkəmizdə “Elm günü”nün təsis olunması elmə dövlət səviyyəsində böyük əhəmiyyət verilməsinin bariz göstəricisidir. Akademik institut əməkdaşlarının elm bayramını təbrik edib, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.

Elmi sessiyada institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli
“Azərbaycan ədəbiyyatşünaslığı: problemlər və vəzifələr”
mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə institutun şöbə müdirləri, tanınmış professorlar çıxış edərək ölkəmizdə elmə göstərilən dövlət qayğısından danışıblar.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: