Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş tədbir keçirilibDünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş tədbir keçirilib Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş tədbir keçirilibDünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş tədbir keçirilib Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş tədbir keçirilib 2019-cu il aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Konfrans çərçivəsində yazıçının kitablarından ibarət təşkil edilən sərgi qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.


Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb, Azərbaycan Milli Elmlər Akademiyasının elm siyasətindən, elmimizin inkişafında gördüyü əhəmiyyətli işlərdən geniş şəkildə bəhs edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslığımızın inkişafında gördüyü elmi və təşkilati işləri ətraflı formada diqqətə çatdırıb. Ölkəmizin müstəqillik qazanmasından sonra Azərbaycanla Yaponiya arasında siyasi, iqtisadi əlaqələrin qurulduğunu bildirib. Qeyd edib ki, dünyanın ən inkişaf etmiş dövlətlərindən olan Yaponiya elm və texnologiyanın vətənidir və Ədəbiyyat İnstitutu bu ölkənin elmi tədqiqat müəssisələri ilə əlaqələr qurmaqda maraqlıdır.

Haruki Murakaminin yaradıcılığına toxunan akademik İ.Həbibbəyli yazıçının əsərlərinin 50-dən çox dilə tərcümə olunduğunu və müəllifin romanlarında yapon düşüncə tərzindən başqa, Qərb fəlsəfi fikrinin də əksini tapdığını söyləyib.

Akademik İsa Həbibbəyli konfransın iki ölkə arasında elmi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb və konfransın təşkil olunmasında “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin təşəbbüsünü yüksək qiymətləndirib.

Akademik institutda son illərdə yaradılmış “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin Asiya xalqlarının ədəbiyyatının, eləcə də yapon ədəbiyyatının öyrənilməsində əhəmiyyətli işlər gördüyünü qeyd edib. Görkəmli yapon yazıçısı Haruki Murakaminin 70 illik yubiliyinə həsr olunan konfransın keçirilməsini də akademik İsa Həbibbəyli yapon ədəbiyyatının tədqiqi sahəsində əhəmiyyətli olduğunu söyləyib və bu tipli uğurlu işlərin davam edəcəyini diqqətə çatdırıb.

Sonra Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Keisuke Yamanaka çıxış edərək H.Murakaminin müasir yapon ədəbiyyatının ən vacib simalarından biri olduğunu deyib. Bildirib ki, yazıçının əsərləri 1400 illik tarixi olan yapon ədəbiyyatından öz spesifik xüsusiyyətlərinə, romanlarındakı dərin psixoloji məqamlara toxunmasına görə fərqlənir.

O, konfransın H.Murakaminin əsərlərinin ölkəmizdə daha da tanınmasına xidmət edəcəyini söyləyib, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Daha sonra akademik İ.Həbibbəyli K.Yamanakaya Ədəbiyyat İnstitutunun hədiyyələrini təqdim edib.

Konfransda, həmçinin Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun "Haruki Murakami və Azərbaycan", həmin şöbənin elmi işçisi Gülnar Yunusovanın "Yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakami" yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının "Haruki Murakami və Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda məruzələri dinlənilib.

Professor Bədirxan Əhmədov H.Murakaminin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərindən bəhs edib, yazıçının dörd romanı – “Norveç meşəsi”, “Kafka sahildə”, “Küləyin nəğməsini dinlə”, “Sərhəddən cənubda, Günəşdən qərbdə” əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğundan (rus və ingilis dilləri vasitəsilə) danışıb, dövri mətbuatda hekayə və esselərinin tərcümələrinə rast gəlindiyini söyləyib.

Məruzəçi Gulnar Yunusova H.Murakaminin həyat və yaradıcılıq yoluna nəzər salıb, ədəbi-fəlsəfi irsini dəyərləndirib. Bildirdi ki, müasir dövrümüzdə dünyanın bir çox ölkələrində Yaponiyaya maraq olduqca böyükdür. Yaponiyanın iqtisadi inkişafı, yapon xalqının tarixən formalaşmış və bugün də davam etdirilən özünəməxsus adət-ənənələri, bənzərsiz mədəniyyəti daim diqqət mərkəzindədir. Uzaq Şərqi Asiya xalqlarının ədəbiyyatları arasında Azərbaycan dilinə ən çox tərcümə olunan məhz yapon ədəbi nümunələridir. Azərbaycanda, eləcə də, bütün dünyada yapon ədəbiyyatının böyük rəğbətlə qarşılanmasının səbəbi ədəbiyyatın yapon mədəniyyətindəki yeri, tarixi inkişaf, yapon dili və yazı sistemi, yapon ədəbiyyatının ictimai keçmişi və yapon dünyagörüşüdür.

G.Yunusova vurğulayıb ki, çağdaş yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Haruki Murakami yapon bədii yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna çevrilmişdir. Əsərləri əllidən çox dilə tərcümə olunan yazıçının böyük rəğbətlə qarşılanmasına səbəb ədəbi dünyagörüşünün yapon düşüncə tərzindən başqa Qərb fəlsəfi fikri ilə də zənginləşməsi olmuşdur.

Yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı isə yapon yazıçısının tərcümə olunmuş əsərlərindən bəhs edib.

Sonra AMEA Tarix İnstitutunun aparıcı elmi işçi, şair-tərcüməçi, şərqşünas-tarixçi, professor Şahin Fazil,
Ədəbiyyat İnstitutunun "Ədəbiyyat Nəzəriyyəsi" şöbəsinin müdiri, professor Tahirə Məmməd,
"Dünya ədəbiyyatı və komparativistika" şöbəsinin elmi işçisi Şükufə Vəliyeva və çıxış edən digər natiqlər
Haruki Murakami yaradıcılığının müxtəlif məqamlarını dəyərləndiriblər və konfransın keçirilməsi əhəmiyyətini
ön plana çəkiblər.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: