Tədbiri giriş sözü ilə açan
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun direktoru, akademik
Möhsün Nağısoylu bildirib ki, Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan Kamilə Vəliyeva zəngin erudisiyasına, dərin biliyinə, görə seçilən ,xalqa və onun mədəniyyətinə dərin hörmət bəsləyən sadə, təvazökar və humanist insandır. O, 1971-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi, 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Alim Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir
İnstitutun Həmkarlar Təşkilatının sədri filologiya elmləri doktoru, Sevinc Əliyeva elmdə səmərəli fəaliyyətinə Kamilə Vəliyevanı Fəxri fərmanla təltif edib.
Sonra professorlar İsmayıl Məmmədli, Məsud Mahmudov, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Kifayət İmamquliyeva, Təranə Şükürlü, Vahid Adilov, Teyyub Quliyev, Qüdsiyyə Qəmbərova, İntizar Salahova, Qətibə Quliyeva çıxış edərək alimin yüksək insani keyfiyyətlərindən, səmərəli elmi fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.