Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi” fəaliyyətə başlayıb.
Bu münasibətlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Ədəbiyyat İnstitutunun qonağı olub.


Direktorluqda başlayan görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli səfiri salamlayaraq ona İnstitutun Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər və nəzərdə tutduğu fəaliyyət planı ilə bağlı məlumat verib.


Alademik İsa Həbibbəyli qeyd edib ki, 44 günlük Vətən savaşında və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi dəstək əsl qardaşlığın nümunəsidir. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye dəvətə görə akademik İsa Həbibbəyliyə öz minnətdarlığını bildirərək Azərbaycanla Pakistanın ədəbi əlaqələr istiqamətində əməkdaşlığının qurulması üçün dəstək verməyə hazır olduqlarını ifadə edib.

Daha sonra akademik İsa Həbibbəyli, səfir Bilal Haye və İnstitut əməkdaşları ilə birgə "Pakistan ədəbiyyatı mərkəzi”nin açılışını ediblər.
Mərkəzdə Azərbaycan və Pakistan bayraqları, hər iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri və kitabların nümayiş olunduğu sərgi qurulub.

Akademik İsa Həbibbəyli qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə “Pakistan ədəbiyyatı mərkəzi”nin açılmasını ölkələrimiz üçün önəmli hadisə adlandırıb.
Bu mərkəzdə Pakistan ədəbiyyatının araşdırılması yönündə işlər aparılacağını bildirib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye də belə bir mərkəzin açılmasını dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: