“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib.
Bir neçə gün davam edən konfransın açılış mərasimi baş tutub.
Konfrans çərçivəsində Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə də tanışlıq olub.


Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açılış nitqi söyləyib. Azərbaycan - Pakistan əlaqələrinin 30 illiyinə töhfə olan konfransın Lahor Dövlət Kollec Universiteti ilə birgə təşkil edildiyini bildirib. Bu münasibətlə Pakistandan 11 nəfər heyət gəldiyini və artıq müəyyən tədbirlər keçirildiyini xatırladıb. Ötən gün AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovla Rəyasət Heyətində görüş olduğunu, Nizami Gəncəvinin heykəli önündə xatirə şəkilləri çəkildiyini, AMEA-nın Rəyasət Heyətinin binası ilə tanışlıq və qonaqların Azərbaycan Milli Tarix Muzeyini ziyarət etdiyini vurğulayıb.
Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin ölkəmizə və akademiyaya ilk səfərinin AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumuna yeni şərait yaradacağından bəhs edib. Azərbaycan-Pakistan dostluq-qardaşlıq əlaqələrinin inkişafından danışan akademik İsa Həbibbəyli elmi əlaqələrin tarixindən və bu günündən də söz açıb. Konfransın gedişində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılacağını, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının Pakistan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışının təqdimatının baş tutacağını, Quba Soyqırımı Memorial Kompleksinə, bir sıra muzeylərə səfərlərin təşkil ediləcəyini bildirib.

Konfransın açılış mərasimində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Müəzzəm Əli, Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram və Lahor Dövlət Kollec Universitetinin professor asistenti Almas Xanım da çıxış ediblər.

Sonra AMEA Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri, professor Eynulla Mədətli “Azərbaycan-Pakistan: Dostluq və qardaşlığın tarixi kökləri”, Lahor Dövlət Kollec Universitetinin Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri, Dr. Hafiz Məhəmməd Nayem “Azərbaycan: Multikulturalizmin və dinlərarası harmoniya modeli kimi”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Azərbaycan-Pakistan ədəbi əlaqələri: Tarix və bu gün”, Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi “Nizami Gəncəvi: “Xəmsə”nin yaradıcı şairi” mövzularında məruzə ediblər.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: