Tanış olun: ŞİRXAN ADIGÖZƏLOV

Tanış olun: ŞİRXAN ADIGÖZƏLOV
TƏBRİK EDİRİK!..

Sentyabrın 26-sı Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü,
uzun müddət hüquq-mühafizə sistemində və prokurorluq orqanlarında
məsul vəzifələrdə çalışmış, "Azərbaycan Bayrağı" ordenli alim,
hüquq elmləri doktoru, baş ədliyyə müşaviri
Şirxan Yusif oğlu Adıgözəlovun doğum günüdür.


O, 26 sentyabr 1955-ci ildə Azərbaycanın Füzuli rayonundakı
Böyük Bəhmənli kəndində dünyaya gəlib.
Uzun müddət hüquq-mühafizə sistemində və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb, baş ədliyyə müşaviri rütbəsinə qədər yüksəlib, Beynəlxalq Mühəndislər Akademiyasının doktoru və həqiqi üzvü seçilib.

Şirxan Adıgözəlov - 2004-cü ildən 2009-cu ilə kimi
Bakı şəhəri Yasamal rayon prokuroru,
2009-cu ildən 2014-cü ilə kimi Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsində çalışıb.

2008-ci ildə Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şirxan Adıgözəlovun Azərbaycan və gürcü dillərndə nəşr olunmuş "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" adlı kitabı mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib, BakıdaTbilisidə təqdimat mərasimləri keçirilib.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü,
uzun müddət hüquq-mühafizə sistemində və prokurorluq orqanlarında
məsul vəzifələrdə çalışmış "Azərbaycan Bayrağı" ordenli alim,
hüquq elmləri doktoru, baş ədliyyə müşaviri
Şirxan Yusif oğlu Adıgözəlovu doğum günü münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az




Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi" kitabının təqdimat mərasimi keçirilib

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı olub


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: