İnsan Hüquqları üzrə
Ali Komissarlığı
vətəndaş cəmiyyəti təşkilatları, hüquq cəmiyyətinin nümayəndələri və hüquq fakultəsi tələbələri üçün silsilə təlimlərə başlayıb.
Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən təlimlərdə iştirakçılar BMT-nin ixtisaslaşmış qurumları və onların mandatları, BMT-nin Müqavilə Orqanlarının yekun qeyd və müşahidələrinin hüquqi təhlili haqda məlumat alır, o cümlədən milli tərəfdaşların BMT məkanında insan hüquqlarının təbliğində iştirakı mexanizmlərini öyrənirlər.
Təlimlərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının azərbaycan dilinə tərcümə olunmuş nəşrləri təmin olunur.
Silsilə təlimlər, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi insan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması layihəsi çərçivəsində təşkil edilir.
Aytac MƏDƏD,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.