Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında Mayın 10-da AMEA-nın Elm Tarixi İnstitutunda dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “dəyirmi masa” keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli ümummilli liderin Azərbaycan dövlətinin taleyində, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə çoxcəhətli fəaliyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışı ilə əsasını müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik təşkil edən yeni bir ideologiyanın bünövrəsi qoyulub.
“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə ilə çıxış edən M.Seyidbəyli bildirib ki, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.
Tədbirdə ilahiyyət üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin “Heydər Əliyevin azərbaycançılıq idealogiyasının təzahüründə Azərbaycan əlyazmalarının qorunması”, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Ulu öndər Heydər Əliyevin xarici siyasəti”, Raisə Cəfərovanın “Azərbaycan tarixinin bəzi məqamları və Heydər Əliyev”, Aida Zeynalovanın ”Heydər Əliyev multikuturalizmin hüquqi və siyasi banisi”, Ülviyyə Əliyevanın “Heydər Əliyev və Azərbaycan təhsili” və Gülər Əliyevanın “Heydər Əliyev tarixi şəxsiyyət kimi” mövzusunda məruzələri dinlənilib.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: