Konstitusiya Gününə həsr olunan "dəyirmi masa" keçirilib

Konstitusiya Gününə həsr olunan "dəyirmi masa" keçirilibKonstitusiya Gününə həsr olunan "dəyirmi masa" keçirilib Konstitusiya Gününə həsr olunan "dəyirmi masa" keçirilib AMEA-nın Elm Tarixi İnstitutunda 12 Noyabr - Konstitusiya Gününə həsr olunan "dəyirmi masa" keçirilib.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, “Milli konstitusiya: dünənimiz və gələcəyimiz” mövzusunda keçirilən tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli çıxış edərək bildirib ki, ötən əsrin 90-cı illərində hüquqi və demokratik dövlət quruculuğu müstəqil Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri idi. O, köhnə sovet qanunlarının müasir dəyərlərə cavab vermədiyini və 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərində müstəqil Azərbaycanın ilk konstitusiyasının yaradılması ilə bağlı məsələnin gündəmə gəldiyini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan xüsusi komissiya konstitusiya layihəsində ümumbəşəri dəyərlərin və xalqın tarixi keçmişinin ciddi nəzərə alınmasını bir vəzifə olaraq qarşıya qoymuşdu.

Ümummilli lider Heydər Əliyevin konstitusiyanın bütün fəsil və maddəsinin hazırlanmasına gərgin əmək sərf etdiyini söyləyən M.Seyidbəyli layihənin yekun variantının 1995-ci il 12 noyabr referendumu ilə qəbul edildiyini bildirib. Alim konstitusiyanın hakimiyyətin bölgüsü prinsipi əsasında təşkil olunduğunu, 158 maddədən 57-sində insan hüquq və azadlıqlarının təsbit edildiyini diqqətə çatdırıb. O, sözügedən dəyərlərin Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq niyyətini təsdiq etdiyini vurğulayıb.

Direktor bu sənədin ölkədə həyata keçirilən islahatların və Azərbaycanın bugünkü uğurlarının hüquqi başlanğıcı və təməli olduğunu bildirib.

Daha sonra institutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Zaur Məmmədov “2016-cı il 26 sentyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş mütərəqqi dəyişikliklər” müəssisənin aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədova “Konstitusiyanın inkişaf tarixi” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Konstitusiya Gününə həsr olunan film nümayiş etdirilib.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: