Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib AMEA-nın Elm Tarixi İnstitutunda (ETİ) Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilib.

ZiM.Az
xəbər verir ki,
İclasda institutun direktoru, tarix üzrə elmlər doktoru
Məryəm Seyidbəyli
çıxış edərək ETİ-nin elm sahəsində əldə edilən uğurların təbliği, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyası, elmlərarası əməkdaşlığın gücləndirilməsi məqsədi ilə 27 fevral 2014-cü ildə yaradıldığını bildirib. O, qısa müddət ərzində institut əməkdaşlarının bir çox uğurlara imza atdığını, onların yerli və xarici jurnallarda məqalələrinin dərc olunduğunu söyləyib. M.Seyidbəyli rəhbərlik etdiyi müəssisədə gənclərin üstünlük təşkil etdiyini və Azərbaycan elminin gələcək inkişafının gənc kadrların potensialından aslı olduğunu vurğulayıb.

Ölkəmizdə son dövrlərdə gənclər siyasətinin inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirildiyini deyən M.Seyidbəyli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını xatırladıb. O, bu sənədin gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi, onların elmə həvəsləndirilməsində böyük rol oynayacağını söyləyib.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək bildirib ki, ETİ-də gənc alimlər üçün yaradılan şərait şuranın gələcək fəaliyyətinin qurulması və inkişafında vacib rol oynayacaqdır.

Sonra səsvermə yolu ilə yeni təsis olunan şuranın üzvləri seçilib. Tərkibi 7 nəfərdən ibarət olan şuranın sədri institutun Təbiət və dəqiq elmlər tarixi şöbəsinin kiçik elmi işçisi, dissertant Röya Mirzəbəyova seçilib.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: