Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa

Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa 2018-ci il Dekabrın 10-da Qafqazşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Əvvəlcə Ulu öndər
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Tədbiri giriş sözü ilə İnstitutun direktoru,
AMEA-nın müxbir üzvü,
professor Musa Qasımlı
açmışdır.

M.Qasımlı müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır, o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət verib.

İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması mövzusunda fikir bildirmişdir.

Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov öz çıxışında azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində Azərbaycanın yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrildiyini bildirmişdir.

Qafqaz siyasəti şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə məruzəsində Heydər Əliyevin Azərbaycanı Azərbaycana qaytarmaq missiyası haqqında danışmışdır.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova Heydər Əliyevin “Vətəndə sülh, regionda sülh, dünyada sülh” modelinin sosioloji, tarixi, mədəni və iqtisadi aspektləri haqqında məruzə etmişdir.

Günel MUSAYEVA,
ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: