Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib

Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilibQafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib 2019-cu il Yanvarın 28-də
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA)
Qafqazşünaslıq İnstitutunda
elmi şuranın iclası keçirilib.


İnstitutun Tərcümə, nəşr və informasiya şöbəsindən Günel Musayeva
ZiM.Az
-a bildirilib ki,
iclasda 2019-cu il üçün elmi-tədqiqat işləri planının müzakirəsi, elmi şura üzvlərinin AMEA Rəyasət Heyətinin “AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi haqqında”, “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında” və b. məsələlər müzakirə edilib. Əməkdaşlara beynəlxalq indeksli elmi jurnallarda məqalələrin dərcinə xüsusi diqqət yetirmələri tövsiyə edilib.

Elmi şurada Qafqazşünaslıq institutunun direktoru,
AMEA-nın müxbir üzvü,
professor Musa Qasımlı
nın
ötən ilin dekabrında Rusiyada (Dağıstan) “Qafqaz xalqlarının dövləti və hüququ: qurulması, inkişafı və müasir vəziyyəti” adlı beynəlxalq elmi konfransında iştirakına dair hesabatı, institutun Qafqaz siyasəti şöbəsinin əməkdaşı Əliyar Əzimovun “Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə Avropa Parlamentinə (Brüssel şəhəri) təcrübə səfəri”nə (09-22 dekabr 2018-ci il) dair hesabatı dinlənilib.

* * *

Qafqazşünaslıq İnstitutunda elmi seminar


2019-cu il Yanvarın 28-də Qafqazşünaslıq İnstitutunun növbəti elmi seminarı keçirilib.

Seminarı İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb.

Seminarda Ermənistanda daxili ictimai-siyasi və hərbi-siyasi şərait müzakirə edilib.

Məruzələrlə Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d. Qasım Hacıyev şöbənin əməkdaşı Aydın Eyvazov çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr olub.


Aytac MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: