Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa keçirilib

Qafqazşünaslıq İnstitutunda 20 yanvar anım gününə həsr edilmiş dəyirmi masa keçirilib Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım günü münasibəti ilə dəyirmi masa keçirilib.


Dəyirmi masanı
İnstitutun direktoru,
AMEA-nın müxbir üzvü,
professor Musa Qasımlı
açıb.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra M.Qasımlı
20 Yanvar hadisəsinin səbəblərini, həyata keçirilməsi üsullarını və nəticələrini izah edib, onu həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirib. Bildirib ki, həmin hadisəyə ilk qiyməti Ümummilli lider Heydər Əliyev Moskvada keçirdiyi mətbuat konfransında vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz şəhid ailələrinə xüsusi qayğı göstərir.

İnstitutun elmi işlər üzrə direktor müavini t.ü.f.d.,dos Ramilə Dadaşova çıxış edərək bildirib ki, sovet ordusu tərəfindən 1990-cı il 20 Yanvar hadisələrinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.

Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev öz çıxışında qeyd edib ki, 20 yanvarda törədilən qətl hadisələri azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, xalqın azadlıq, müstəqillik uğrunda mücadiləsi daha da gücləndirmişdir.

Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri t.ü.f.d. Elnur Kəlbizadə, elmi katib psixol.ü.f.d. Südabə Hüseynova,Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, İnstitutun əməkdaşı Aydın Eyvazov və b. öz çıxışlarında 20 Yanvar hadisəsinin müxtəlif tərəfləri haqqında danışıblar.

Aytac MƏDƏDLİ,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: