DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF

DƏYƏRLİ ZİYALI, TANINMIŞ FİLOSOF
FÜZULİ QURBANOV

(1959)

Füzuli Məhəmməd oğlu
Qur­ba­nov
- 1959-cu il
sent­yabrın 23-də
Ulu Borçalı­mı­zın
qə­dim Başkeçid
(in­diki Dmanisi) ra­yo­nunun
Az-Gəy­liyən kən­dində
dün­ya­ya göz açıb.

1977-ci ildə həmin kənddə orta məktəbi bi­tirib və Azər­bay­can Dövlət Univer­site­tinin (indiki BDU) me­xanika-riya­ziy­yat fa­kül­təsinə daxil olub.

1982-ci ildə universitetdə təhsilini başa vurub təyinatla Kəl­­­bəcər rayonunun Qaragüney kəndinə göndərilib və bu­rada 1985-ci ilədək orta məktəbdə müəllim işləyib.

Füzuli Qurbanov 1985-1986-cı illərdə SSRİ Fəlsəfə Cə­miy­yətinin Azərbaycan şöbəsində məsləhətçi vəzifəsində ça­lışıb.
O, 1986-cı ildə SSRİ Fəlsəfə İnstitutunun məqsədli əya­­ni as­pi­ranturasına daxil olub.
1990-cı ildə Moskvada “Özü­­­­nü təş­kil edən sistemlərin tədqiqi metodları. Fəlsəfi as­pekt” möv­­­zusun­da namizədlik dissertasiyası müdafiə edə­rək, fəl­səfə elm­ləri na­mizədi elmi adına layiq görülüb.
Qeyd edək ki, Füzuli Qur­banov siner­getikanın fəlsəfi me­­to­do­loji problem­ləri üzrə el­mi iş müdafiə edən ilk azər­­bay­canlı alimdir.

Füzuli Qurbanov 1990-1993-cü illərdə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq institutunda elmi işçi, 1993-1995-ci illərdə dosent əvəzi vəzifəsində çalışıb.
1995-ci ildə köçürmə yolu ilə Azərbaycan Res­pub­likası Mil­li Məclisi yanında humanitar tədqiqatlar və Proqnoz­laş­dırma Mərkəzinin birinci şöbəsinin müdiri vəzifəsinə tə­yin olunub. 1997-ci ildə həmin Mərkəz ləğv edildikdən son­ra o, ye­ni­dən Azər­baycan EA-nın Fəlsəfə və Hüquq ins­titu­tun­da do­sent kimi fəaliyyətə başlayıb və hazırda da bu­ra­da ça­lı­şır, İdrak nəzə­riy­yəsi və elmin fəslsəfəsi şöbəsinin mü­diridir.

“Sinergetikanın sosial sistemlərə tətbiqi imkanları” möv­­­zu­sunda yazdığı doktorluq dis­sertasiyasını da uğula mü­dafiə edə­rək fəlsəfə elmləri doktoru elmi adına la­yiq gö­rül­müş Fü­zuli Qurbanov bir sıra Beynəlxalq elmi konfransların işti­rak­çı­sı olub, elmi məruzələrlə çıxışlar edib. O, 4 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəl­­lifidir. Müx­təlif elmi jurnallarda və qəzetlərdə on­larla elmi və ana­litik xa­rakterli məqalələri dərc olunub.

Füzuli Qurbanovun “Sinergetika: xaosun astanasında” (Bakı, Bakı Uni­ver­siteti, 2004, 360 səh.), “Elmə sinergetik ya­naş­ma” (Ba­­kı, Elm, 2005, 400 səh), “Avtopoyesiz və si­ner­getika: sosial tə­şəkkül metodları” (Bakı, Adiloğlu, 2007, 480 səh.), “Tarixin “postqərb” mərhələsinə keçid” (I cild. Risk­lər, proqnozlar və ssenarilər. Bakı, Təknur, 2009, 420 səh.) adlı mo­no­qrafi­ya­ları filosof alimlər tərəfindən yüksək qiymət­lən­dirilib. Eləcə də onun “Sosial qrupların di­na­mi­ka­sı”“Si­ner­g­etikanın sosial sis­temlərə tətbiqi im­kan­ları” adlı proq­ramları çap olunub və BDU-da tədris olunur.

Biz də el-obamızın dəyərli ziyalısı, görkəmli alim, tanınmış filosof Füzuli Qurbanova uzun ömür, möhkəm cansağlığı və elə­cə də elmi-ictimai fəaliyyətində yeni-yeni uğurlar arzula­yı­rıq!..
Müşfiq BORÇALI.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: