YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...

Görkəmli filosof alimin 65 yaşı tamam olur

TƏBRİK EDİRİK!..

YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...
Fevralın 22-də
görkəmli filosof,
tanınmış alim və
ictimai xadim,
fəlsəfə elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
“Şöhrət” or­denli
Səlahəddin Sədrəddin oğlu
XƏLİLOVun
65 yaşı tamam olur.

Hörmətli alimimizi,
dəyərli soydaşımızı
Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
ictimai və elmi fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


YUBİLEYİNİZ MÜBARƏK, hörmətli SƏLAHƏDDİN XƏLİLOV!...
Səlahəddin
Sədrəddin oğlu
XƏLİLOV,

fəlsəfə elmləri doktoru,
professor,
Azərbaycan Milli Elmlər
Akademiyasının
müxbir üzvü
(1952)

Səlahəddin Sədrəddin oğlu Xəlilov 22 fevral 1952-ci ildə qədim Borçalı mahalının Sarvan qəsəbəsində (indiki Gürcüstan Respublikasının Marneuli şəhərində) dünyaya göz açıb.

1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Döv­lət Univer­si­te­­­tinin (indiki BDU) fizika fakültəsinə daxil olub.

1972-ci ildə BDU-nun nəzdində respublika Gənc Fiziklər məktəbi yaradıb və 2 il ona rəhbərlik edib.

1973-cü ildə BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib, təyinat üzrə həmin universitetin molekulyar fizika kafedrasında saxlanılıb.

Daha sonra elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirib.

1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini alıb.

1981-ci ildə ADPU-da “Fəlsəfə, elm və həyat” klubunu yaradıb.

1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektivlər” adlı kitabına görə Ümumittifaq "Bilik" Cəmiyyətinin mükafatına layiq görülüb.

1988-ci ildə Azərbaycan Gənc Cəmiyyətşünas Alimlər Birliyinin sədri seçilib.

1990-cı ildə Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoyub, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis edib. Universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olub (1991-2006).

1992-ci ildə Yusif Məmmədəliyev adına mükafata layiq görülüb.

1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoyub.

1996-cı ildən Beynəlxalq Rektorlar Şurasında (International Association of University Presidents - IAUP Azərbaycanı təmsil edib.

1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis edib və 2005-ci ilə qədər onun
baş redaktoru olub.

S.Xəlilov 1997-ci ildə Bəhmənyar adına mükafat Komissiyasının sədri, Beynəlxalq Rektorlar Şurasının və Rusiya Ekologiya Aka­de­mi­ya­sının üzvü, 1998-ci ildə Hüseyn Cavid adına mükafat Komissiyasının həmsədri seçilib.

1998-ci ildə “İstedadlar Klubu”nu təsis edib və Respublikanın istedadlı gənc alim və tələbələri üçün elmi-intellektual mühit yaradıb.

1999-cu ildə onun adı Bey­nəl­xalq “Who is who?” ensiklopediyasına daxil edilib.

2000-ci ildə Avropa Ali Təhsil Cəmiyyətinin (The European Higher Education Society - EAIR) və Amerika Fəlsəfə Assosiasiyasının (The American Philosophy Association - APA) üzvü, 2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri seçilib.

2003-cü ildən “Fəlsəfə və Sosial-siyasi elmlər” jurnalının baş redaktorudur.

2004-cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin (International Husserl and Phenomenological Research Society),
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.

2007-ci ildə Azərbaycan Dövlət Pe­da­qo­ji Universitetində (ADPU) fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilib.

2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür [2].

2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədridir.

S.Xəlilov 2009-cu ildən Mühiyəddin İbn Ərəbi Cəmiyyətinin (Muhyiddin Ibn 'Arabi Society, Oxford) üzvüdür.

Alim 2000-ci ildən Ame­rika Fəlsəfə Assosiasiyasının, 2004-cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Təd­­qiqatlar Cəmiyyətinin, 2009-cu il­dən isə Amerika Siyasi Elmlər Assosiasiyasının (American Political Science Association — APSA) və Avropa Elm Fəlsəfəsi Asso­siasi­ya­sının (European Philosophy of Science Association - EPSA) üzvüdür. O, 2003-cü ildən “Fəlsəfə və Sosial-siyasi elm­­lər” jurnalının baş redak­torudur.

2000-2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2010-cu ildən Elm, Mühəndislik və Texnologiya Beynəlxalq Akademiyasının (World Academy of Science, Engineering and Technology - WASET) Humanitar və sosial elmlər üzrə ekspertidir.

2012-ci il 22 fevralda Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Dəfələrlə ölkəmizi Dünya fəlsəfə konqreslərində, Beynəlxalq Metafizika konqreslərində, Elmin tarixi, məntiqi və metodologiyası üzrə beynəlxalq forumlarda təmsil edib.

Filosof alim, həmçinin İSESKO-nun İslam Dünyası Uni­ver­­sitetləri Fede­ra­si­ya­sı­nın (FUIW) təmsilçisi, bir sıra xarici ölkə aka­de­mi­ya­la­rı­nın üz­vü, ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəl­səfələr arasında körpü” beynəl­xalq təş­ki­la­tı­nın həmsədri­dir.

Elmşünaslıq, idrak nəzəriyyəsi, Şərq və Qərb sivilizasiyaları, fəlsəfi komparativistika, Əbu Turxan fəlsəfəsi, fenomenologiya və s. Əsas elmi tədqiqat istiqamətləri olan professor S.Xəlilov fəlsəfədə yeni istiqamətlərdən biri olan Həyat fenomenologiyasının, “canlı ideya” təliminin yaradıcılarından biridir. O, sosial təfəkkür üçün xüsusi toplanma qaydası irəli sürmüş, sistem-struktur təhlil metodunu ilk dəfə elmşünaslığa tətbiq etmiş, elmin qnoseoloji və sosial modellərinin müqayisəsini verib. Görkəmli filosof, həmçinin dünyanın alternativ riyazi modellərini və vektorial zaman konsepsiyasını irəli sürüb.

O, Azərbaycanda və xarici ölkələrdə çap olunan 550-dən artıq elmi əsərin, o cümlədən 39 monoqrafiya və
15 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanıb.

Evlidir, oğlu və 2 qızı var.


Görkəmli elm mücahidi, çox hörmətli filosof-alim, dəyərli soydaşımız, AMEA-nın müxbir üzvü
SƏLAHƏDDİN XƏLİLOVU anadan olmasının 65 illik Yubileyi münasibətilə bir daha
şəxsən öz adımdan, eləcə də ZiM.Az-ın bütün yaradıcı heyəti adından ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, ictimai və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.
.

Müşfiq BORÇALI,
ZiMAz


AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun əsas əsərləri:

Elmi-texniki tərəqqi: problemlər, perspektivlər (fəlsəfi aspekt). Bakı “Elm”, 1987
Elmi-texniki tərəqqi bu gün və sabah. Bakı “Azərnəşr”, 1988
Cavid fəlsəfəsi. Bakı “Qanun”, 1996
Elmi-texniki tərəqqi və onun social-iqtisadi nəticələri. Bakı “Elm”, 1996
Основания научно-технического прогресса. Логико-методологический анализ (Послесловие академика А.Д.Урсула). Москва "Экономика и информатика", 1997
Elmdən texnikaya və mənəviyyata. Bakı "Azərbaycan Universiteti”, 1998
Fəlsəfədən siyasətə. Bakı "Azərbaycan Universiteti”, 1998
Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı "Azərbaycan Universiteti”, 1999
East-West: science, education, religion. Baku "Azərbaycan Universiteti”, 2000
Сavid və Сabbarlı. Bakı “Elm”, 2001
Lider, dövlət, cəmiyyət. Bakı "Azərbaycan Universiteti”, 2001
Şərq və Qərb: ümumbəşəri ideala doğru. Bakı, "Azərbaycan Universiteti”, 2004.; Tehran, 2005; İstanbul, 2006
Təhsil. Təlim. Tərbiyə. Bakı "Azərbaycan Universiteti”, 2005
İşraqilik və müasir fəlsəfi təlimlər. Bakı "Azərbaycan Universiteti”, 2005
ﺪﻮﻏﺮﻮ ﻻ ﺋﻴﺎ ﺍﻴﺪ ﺷﺭﻕ ﻭ ﻏﺮﺏ. ﻋﻮﻤﻭﻡ ﺑﺸﺭﻯ. Tehran, "Behrəng", 2005
Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı "Azərbaycan Universiteti”, 2006
Doğu-Batı: Ortak Bir Ideale Doğru. “Mefkure yayınları”, İstanbul, 2006.
Məhəbbət və intellekt. Fəlsəfi esselər. Bakı "Nurlan”, 2006.
Mənəviyyat fəlsəfəsi . Bakı "Nurlan”, 2007
Philosophy, science, culture. Their peculiarities in the East and the West. CA&CC Press©, Stockholm 2008 (Ön sözün müəllifi prof. Anna-Tereza Timineçka)
Doğu ́dan Batı ́ya Felsefe Körpüsü. İstanbul “Ötüken”, 2008.
Cavid fəlsəfəsi. 2-ci kitab: klassik Şərq və müasirlik. Bakı, “Nurlar”, 2009.
Любовь и интеллект. Москва, Изд. "Маска", 2009.
Romantik şiirde Doğu-Batı meseleleri. İstanbul “Ötüken”, 2009.
Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılıq axtarışlarının izi ilə. Bakı, “Şərq-Qərb”, 2009.
Романтическая поэзия в контексте восточно-западной проблематики. – Москва "Весь Мир", 2009.
Sivilizasiyalararası dialoq. Bakı, “Adiloğlu”, 2009.
Baxış bucağı. Fəlsəfi publisistika. Bakı, “Elm və təhsil”, 2010.
Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”, 2010.
Elm adamları elm haqqında. Professor Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2010.
Elmşünaslığa giriş. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2010.
Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2011.
Əbu Turxanın hikmət dünyası. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012.
Aforizmlər. Seçilmişlərin seçilmişləri. Prof.Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu”, 2012.
Книга афоризмов. Избранное из избранных. (Автор-составитель). Москва, Изд. «Alfa-M», 2012.
Phenomenology of Life or Life of Idea. Baku, “Azerbaijan University” Press, 2012.
Həyatın özü və görünən üzü (Fəlsəfi publisistika). Bakı, “Nurlar”, 2013.
Həyatın özü və görünən üzü (Maarifçi publisistika).Bakı, “Nurlar”, 2013.
Xatirələrdə davam edən dostluq. Şəxsiyyətlər, portretlər. Bakı “Çaşıoğlu”, 2013.
Felsefe Optiğinden Aşkin Renkleri. Bınyıl Yayınevi, Ankara, 2015.


İstinadlar:

1. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=11119
2. "AMEA-nın müxbir üzvləri". science.gov.az. İstifadə tarixi: 2016-01-04.
3. "İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları". İstifadə tarixi: 2016-01-04.
4. http://zim.az/ictimai/978-ad-gnnz-mbark-hrmtli-slahddn-xllov.html


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: