Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilir Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilir Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilir 2017-ci il Mayın 31-də Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası öz işinə başlayıb.

ZiM.Az xəbər verir ki, İclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli məhsulların ixrac qabiliyyətinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə ölkə başçısı tərəfindən fevralın 10-da müvafiq Fərman imzalanıb.

Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin edilməsi məqsədilə komitə tərəfindən müvafiq işlər aparılmaqdadır. Ramiz Həsənov bildirib ki, Azərbaycanda keyfiyyət infrastrukturu sahələri üzrə 4 publik hüquqi şəxs təsis edilib. Bunlar Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və Patent və Əmtəə Nişanları Mərkəzidir. Təsis edilmiş qurumların hər birinin fəaliyyəti haqqında ətraflı məlumat verən Ramiz Həsənov deyib ki, Azərbaycan Metrologiya İnstitutu dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir. Azərbaycan Standartlaşdırma İnstitutu standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. Azərbaycan Akkreditasiya Mərkəzi akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin etməkdədir. Patent və Əmtəə Nişanları Mərkəzi isə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir.

Komitə sədri əlavə edib ki, beynəlxalq təcrübəni nəzərə almaqla, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun yeni layihəsi üzərində işlər yekunlaşıb. Qanun layihəsində məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin onların risk qrupları üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi və yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması ilə bağlı müddəalar öz əksini tapıb.
Həmçinin beynəlxalq təcrübə nəzərə alınmaqla, istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflər hazırlanıb.

Ramiz Həsənov qeyd edib ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsi də artıq hazırdır. Azərbaycan Standartlaşdırma İnstitutu və Azərbaycan Metrologiya Mərkəzinin milli qurum kimi beynəlxalq təşkilatlara üzvlüyünün və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması ilə bağlı beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə əlaqədar işlərə başlanıb.

Sonra MDB-yə üzv ölkələrin keyfiyyət infrastrukturu sahələri üzrə fəaliyyət göstərən qurumların rəhbərləri çıxış edib.
Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Qazaxıstanın Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədr müavini Şınar Kazıbayeva, Qırğızıstanın Standartlaşdırma və Metrologiya Mərkəzinin direktoru Berdimamat Adanbayev, Moldovanın Milli Akkreditasiya Mərkəzinin direktoru Yeujeniya Spoyale, Standartlaşdırma İnstitutunun direktoru Yuriy Sokol, RusiyanınTexniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəisi Aleksey Abramov, Akkreditasiya üzrə Federal Xidmətin rəis müavini Serqey Miqin, Tacikistanın Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Təftiş üzrə Agentliyin idarə rəisi Raxmonşo Davlatzoda, Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov, Ukraynanın Metrologiya və Standartlaşdırma təşkilatının baş direktorunun I müavini Viktor Rimer təmsil etdikləri qurumların fəaliyyəti və ölkələrində bu sahədə həyata keçirilmiş son islahatlar haqqında məlumat veriblər.

Daha sonra iclasda iştirak edən regional və beynəlxalq təşkilatların rəhbərləri keyfiyyət infrastrukturunun ticari əlaqələrin və sənayenin inkişafındakı rolundan danışıblar. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Akademiyasının direktoru Daniele Qerundino, Beynəlxalq Elektrotexnika Komissiyasının (İEC) vitse-prezidenti Ulrix Şpindler, Elektrotexnikanın Standartlaşdırılması üzrə Avropa Komitəsinin (CENELEC) prezidenti Tiis Bernhard, UNİDO təşkilatının Ticarət, İnvestisiyalar və İnnovasiyalar departamentinin direktoru Bernardo Kolsidilla-Sarmiento, Polşanın Standartlaşdırma üzrə Komitəsinin vitse-prezidenti Jolanta Koçanska, Türkiyə Standartları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Yılmaz Basak, Slovakiyanın Metrolgiya İnstitutunun baş direktorunun müavini Dusan Butas və başqaları keyfiyyət infrastrukturunun inkişafı ilə bağlı mövcud beynəlxalq təcrübə haqqında çıxış ediblər.

Sonra MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının fəaliyyətində göstərdikləri xidmətlərə görə SMPDK sədri Ramiz Həsənov MDB İcraiyyə Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. Bundan başqa bir qrup mütəxəssisə standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində Şura ilə yaxından əməkdaşlığına görə fəxri nişan təqdim edilib.
Çıxışlardan sonra iclas gündəliyə uyğun olaraq davam etdirilib. Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Şura ilə Amerika Sınaq və Materiallar Təşkilatı arasında Memorandum layihəsi, MDB ölkələrində istehsal olunan məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə müsabiqənin keçirilməsi barədə məsələlər müzakirə edilib.

Həmçinin gündəlikdə olan digər əsas məsələlər – “MDB-yə üzv ölkələrin qarşılıqlı ticarətində texniki maneələr haqqında” Saziş layihəsi, İSO və Şura arasında texniki informasiyanın mübadiləsi haqqında Müqavilənin icrası, bir neçə dövlətlərarası standartın qəbulu, milli etalonların bazasının formalaşdırılması, sertifikatlaşdırmanın aparılması və qarşılıqlı tanınmanın təmin ediməsi ilə bağlı müqaviləyə dəyişiklik, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya orqanlarının qarşılıqlı tanınması haqqında müqavilə layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Sabah da davam edəcək iclasın sonunda, Şuranın yeni sədri və həmsədrləri seçiləcək, rəhbər şəxslərin 52-ci iclasının keçiriləcəyi yer müəyyənləşəcək və yekun protokol imzalanacaq.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: