QƏDİM QIZIL-KİLSƏ KƏNDİNDƏN BAŞLANAN ŞƏRƏFLİ ALİM-PEDAQOQ ÖMRÜ...VİDADİ ORUCOV (1956)

QƏDİM QIZIL-KİLSƏ KƏNDİNDƏN BAŞLANAN ŞƏRƏFLİ ALİM-PEDAQOQ ÖMRÜ...VİDADİ ORUCOV  (1956) Vidadi Ömər oğ­­lu Orucov 1956-cı il may ayının 12-də Ulu Borçalı ma­ha­lının qə­dim Başkeçid (indiki Dmanisi) rayonundakı Qızıl­-kilsə kəndində
anadan olmuşdur.

O, gözünü açıb ətrafda bir-birinin ardınca sıralanmış dağlar, güllü-çiçəkli yamaclar gör­müşdür.
Dağ­lardan axıb gələn çayların şırıltısını, səhər tezdən oxuyan quşların nəğməsini dinləyə-dinləyə meylini saza salmışdır.
Sonralar isə kamal saz ifaçısı olmuşdur.
Vidadi Orucov 1973-cü ildə Qızılkilsə orta məktəbinin bitir­miş, təhsilini artırmaq üçün Bakıya yollanmışdır.
O, ADU-nin Fizika fakültəsinə qəbul olmuş, 1982-ci ildə oranı bitir­miş­dir.
Vidadi də atası Ömər müəllim kimi müəllimlik yolunu tut­muşdur.
Orucov Vidadi Az-Gəyliyən kəndindən olan Bayram da­yı­nın qızı Xanımla ailə qurmuşdur.
İnstitutu bitirdikdən son­ra Ba­kıda yaşamışdır.
1998-ci ildə Orucov Vidadi nami­zəd­lik dis­sertasiyası müdafiə edərək fizika-riyaziyyat elm­ləri namizədi elmi dərəcəsi almışdır.
O, əvvəllər Bakıda Ni­za­mi ra­yonunda “Bilik” Cəmiyyətinin məsul katibi işlə­mişdir.
1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Na­zirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis və­zifəsində çalışmışdır.
1997-ci ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direk­toru vəzifəsində çalışıb.
2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur.
Vidadi müəllim həm də gözəl ailə başçısıdır.
Həyat yoldaşı Xanım Bayram qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Bakı Qida Sənayesi kollecində çalışır.
2010-cu ildə Filo­lo­giya üzrə alimlik dərəcəsi (Fəlsəfə doktoru) alıb.

* * *

Hələ qədim dövrlərdə insanlar təbiət hadisələrinin nə üçün baş verdiyini dərk edə bilmirdi.
İnsanlar ətraf aləmdə baş verən möcüzəli hadisələri aydınlaşdırmağa cəhd gös­tərirdi. Milyon illər keçdikcə, insan zəkası onu narahat edən suallara cavab tapdı.
Yeni bir elm - fizika yarandı. O sa­də qanunları, əldə edilən bilikləri, elmi kəşf­ləri, ixtiraları ilə in­sanları öz ətrafına topladı.
Fizika-təbiət hadisələrinin ümu­mi qanunauyğunluqlarını, mate­ri­yanın hərəkət qanun­la­rını, xassələrini, quruluşunu öyrə­nən elm kimi aşkar olundu.
İndi elmi biliklərin tərəqqisi dövründə fizika elmi yeni nailiyyətləri ilə seçilir. "Ağlın təntənəsi" kimi tarixə dönən XX əsrin elmi kəşfləri ilə yanaşı XXI əsrdə də insan zəka­sı­nın ixtiraları fizikanın sürətli inkişafını göstərir.

İs­tedadlı alim, tanınmış pedaqoq, fizika-riyaziyyat elmləri na­mizədi Vidadi Orucovun bu yaxınlarda işıqüzü görmüş "Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı" ki­tabını bu baxımdan alimin böyük uğuru ad­landırmaq olar.
Kitabın redaktoru və elmi məsləhətçisi Əməkdar müəl­lim, pedaqoji elmlər doktoru, professor Za­hid Qara­lovdur.

Ki­ta­ba "Ön söz əvəzi" yazan pro­fes­sor, Rusiya Təhsil Aka­de­mi­ya­sının akademiki Abdulla Mehrabov mo­no­qrafik xa­rak­ter daşıyan əsəri təhsil siste­mində fizika­nın öyrənilməsi ilə bağlı elmi biliklərin inki­şafına dair sistem­ləşdirilmiş və elmi cəhət­dən əsaslandırıl­mış ilk tədqiqat işi kimi qiy­mət­lən­dirmişdi.
Müasir dövrümüzdə fizikanı elmin ayrılmaz hissəsi ad­lan­dırmaq olar.

Müəllifin müraciət etdiyi texniki elmlər içə­­risində əsas sahə olan fizi­kanın öyrədilməsi ilə bağlı fikirlər kitabın oxucuları üçün maraqlıdır.
2 fəsildən və 8 bölmədən ibarət olan əsərdə qədim dövrlərdən baş­layaraq, bu günü­müzə qədər olan fizika elminin inkişaf tarixi əhatə olu­nub.

İlk fəsil "Qədim dövrlərdə və orta əsrlərdə təbiəti öy­rən­məyin ten­densiyaları" adlanır.
Burada insanların öy­rən­mək marağı, orta əsrlərdə elmi ideyaların yaran­ması, Av­ro­pada intibah dövründə bu sahəyə olan diqqət öz əksini tapır.
Məlumdur ki, qədim insanların təbiət hadisələri qarşı­sında acizliyi Allah haqqında ilkin təsəvvürləri yaratdı. İn­sanlardakı bu acizlik nəticəsində çoxallahlılıq, yeni din­lər ya­randı. İnsanların Yer, Günəş, səma cisimləri haq­­qında il­kin fikirlərə malik olması, Günəş və Ay təq­vim­lərinin ya­ran­ma­sı tədricən qədim Hindistanda, Misirdə, Babilis­tanda baş verdi. Müəllif qədim Yunanıs­tandakı Milet mək­təbinin nü­mayəndələri Fales, Diogen, Anaksi­mandr və Anaksi­me­nin fəlsəfi, elmi biliklərini də qeyd edir. Əsərdə təbiət sir­ləri eləcə də, Heraklit, Par­menid, Zenon, Ksenofon, Anak­sador, Sok­rat, Platon kimi dahi alimlərin müxtəlif elmi fi­kirləri aydın izah olunur. Dün­yanın quruluşu, səma cisim­ləri haq­qında elmi izahları Vi­dadi Orucov antik dövr­dəki alimlərin əsər­lə­rinə isti­nadən göstərir. Bütün dinlərdə - Zərdüşt, Bud­dizm, Yə­hudi, Xristianlıq və İslamda astro­nomiya elmi ilə bağlı müx­təlif fikirlər mövcuddur. Müəllif IX əsrdə astro­nomiya elminin inkişafında, ərəb alimlə­rinin "Quran" ayələ­rindəki elmi fikirlərini araşdı­raraq şərh edir.
Vidadi Orucov "Fizikanın öyrədilməsi ilə bağlı elmi fikir­lə­rin inkişafı" əsərində yazır: "Bağdad məktəbinin elmi tə­limlə­ri­nin bir çoxu Avropaya Ərəb İspaniyasından keç­miş­dir. Müa­­­sir elm tarixində orta əsrlər dövründə 116-dan çox mü­səlman müəlliflərinin və başqalarının ast­ronomiyaya gi­riş və buna bənzər onlarla əsərləri möv­cuddur". Mü­səl­man Şər­qin­də səma cisimlərinin mexa­nikası elmi əsas­larla öyrə­nil­di­yinə görə fizika elmi astro­nomiya ilə bərabər in­kişaf etmişdi. Kitabda Avropada İn­tibah döv­rünün baş­lan­ması, onun əsas tələbləri, elmi ideyaların məz­munu ilə bağlı fi­kir­lər də diq­qəti cəlb edir. Burada XV-XVI əsr­lərdə Avro­panın İntibah dövründə L.Vinçi, İ.Kardan, F.Mav­rolik, Hi­ber, Kopernik, İ.Kep­ler, Q.Qa­liley, X.Huydenc, İ.Nyu­ton ki­mi alimlərin ixti­ra­ları fizikanın qa­zandığı elmi nailiy­yətlərin inki­şafı kimi xarakterizə olunur. X əsrdən başla­yaraq, Azərbaycanda ri­ya­­ziyyat, fizika, insan haqqında bi­lik­lər inkişaf etdi, dün­­yəvi mək­təblər yarandı. Ərəb xila­fəti dövründə Gən­cə, Bərdə, Marağa, Şamaxı, Dər­bənd, Təbriz, Ərdəbil və başqa şəhər­lərdə mükəmməl təhsil ve­rən məd­rəsələr yara­dılması sonrakı dövrlərdə el­min inki­şafına təkan verdi. İlk dəfə olaraq, fi­zika sözünü filosof alim Əbül­həsən Bəhmənyar Azər­bay­can dilinə gə­tir­di. O "Təhsil" əsərində materiyanın quru­luşu, me­xaniki hə­rə­kət, məkan, zaman, işıq, səs hadisələri ilə bağlı müxtəlif fi­kirlər göstərmişdi. Təbiət elmlərinin, fizika­nın öyrədil­mə­sində ensik­lopedik biliyə malik olan N.Tusi­nin adı XIII əsrin dahi alimlərin sırasında xüsusi yer tutur. N.Tusi təlim və tərbiyədə insanın hərtərəfli inkişafı üçün müəllim haqqında yaz­mışdı:
"Müəllim cismani ata, ruhani atadır. Nəfs fəzilətdə cismə nisbətən nə qədər yüksəkdirsə, müəl­li­min də haqqı atanın haqqından o qədər çoxdur".

Qeyd edək ki, "Fizikanın öyrədilməsi ilə bağlı elmi fi­kir­lərin inkişafı" kitabı respublikamızda fizikaçı alimlər, bu fənni tədris edən müəllimlər, eləcə də tələbələr, şa­girdlər və digər elm sahələrinin mütəxəssisləri üçün dəyərli tədqiqat əsəri hesab oluna bilər.

Tanınmış təhsil işçisi, dəyərli ziyalımız, çox hörmətli soydaşımız Vidadi Orucovu bu yeni uğu­ru münasibəti ilə oxucular adından ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


Bax: Müşfiq Borçаlı, Təranə Cəbiyeva. Alimin yeni uğuru.
«Şərqin səsi» və «Təhsil» qəzetləri, №10 (302), Sentyabr 2007-ci il.
Müşfiq BORÇALI. Sazlı-Sözlü BAŞKEÇİD. I cild, Bakı, 2016.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: