Biz millət olaraq o qədər möhtəşəm qələbə qazanmışıq ki, əsrlər boyu bu tarix səhifəsini təkrar-təkrar yazacaq, vüqarla, qürurla gələcək nəsillərə çatdıracaqlar. Dünya şöhrətli bu şəxsiyyət barədə hələ çox məqalələr, əsərlər yazılacaqdır.
Ulu Öndərin siyasi məktəbin keçən Cənab İLHAM ƏLİYEV-in hər bir çıxışını sevərək dinləyib dərk edirik ki, müharibənin xronologiyasını ürəkaçan şəkildə əks etdirir. Birbaşa möhtərəm prezidentimiz, Ali baş komandanımız cənab İlham Əliyevin bütün çıxışları, qələbə müjdələri "Dəmir Yumruq" gücünü təcəssüm etdirir.
Möhtərəm Prezidentimizin vurğuladığı kəlamlar, aforizmlər məsəllər dillər əzbəri olub və olacaq. Prezidentimiz təkcə millətimizin gözündə deyil, həm də bütün dünyada böyük siyasətçi kimi tanınır.
Bu münasibətlə Cənab İLHAM ƏLİYEVin işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi səfərlər etməsi düşmən xalqın bir daha məğlubiyyətini göz önünə gətirməsi qəlbimizdə qürur hissi yaradır.
Burada "Dəmir yumruq" adlı şeirimlə fikrimi daha dəqiq ifadə etmək istəyirəm.
Dəmir Yumruq
Gözün aydın olsun, Azərbaycanım,
Muğan dağa, çaylar bağa qovuşdu.
Şuşada, Ağdamda, dilbər Laçında,
Şəhid ruhlar azadlığa qovuşdu,
Azərbaycan Qarabağa qovuşdu.
Qubadlı, Zəngilan bürün bayrağa!
Cəbrayıl sevinclə baxsın Araza.
Başlayaq ən yeni tarix yazmağa,
"Qarabağ mahalı talan olmuşdu",
Şükür Allah, ruh bədənə qovuşdu.
Son qoyuldu elin yurd həsrətinə,
Azərbaycan çatdı öz istəyinə,
Dünya heyran qaldı el qüdrətinə,
Mübariz ordumda Polad vuruşdu,
Azərbaycan Qarabağa qovuşdu.
Qələbə yaşatdı ər oğullarım,
Ədalət hayqırdı, əsir torpağım.
Sərkərdə adlanan nər komandanım
Əmr verdi, "Dəmir yumruq" yovuşdu,
Azərbaycan Qarabağa qovuşdu.
Torpağa əkildi tər gül bədənlər,
Qisasın aldılar igid ərənlər,
Şad olsun ruhunuz, əziz ŞƏHİDLƏR!
Müharibə bitdi, dava sovuşdu,
Azərbaycan Qarabağa qovuşdu.
Cənab prezidentimizin son günlərdə xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında,
dövlət başçımızın 4 saat içində dünyanın bir çox kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşısında 50-dən çox sualı ətraflı şəkildə cavablandırması
Prezidentimizin həm siyasi, həm də fiziki gücü, dünyanı özünə heyran edir.
Hər çıxışında Prezidentimiz 23 dəfə sülhün bərqərar olmasını vurğulayır.
Prezidentimiz xarici jurnalistləri, sözün əsl mənasında heyrətləndirir və dünya rekorduna imza atır.
4 saatda 4 fərqli dildə özünün ətraflı bilgiyə sahib olduğunu nümayiş etdirdi.
Prezidentimiz, sülhün gələcəyinə zəmin yaradan mövqey sərgilədi.
Nəinki Azərbaycanda, hətta dünyada yaşayıb, yaradan xeyirxah əməllərilə nailiyyətlər qazanan bütün insanların qəlbini fəth etdi.
"Ata vəsiyyətini yerinə yetirdim" - deyə, qürurlu çıxışı Prezidentimizi öz doğma xalqına bir daha sevdirdi. Ulu öndərin məzarını ziyarət edərkən, Bu sözləri bəlkə də qəlbinin dərinliklərində milyonlarla, dönə-dönə təkrarlayan, prezidentimizi əhdinə, andına sadiq oğul kimi dünya tanıdı.
Dövlətinə xalqına öz sadiqliyini dəfələrlə sübut edən Azərbaycanın müstəqilliyini canı, qanı bahasına qoruyan zabit və əsgərlərimizin şəhid ailələrinin, eləcə də Vətən müharibəsi Qazilərinin arxasında durmağı özünə borc bilmək Cənab İLHAM ƏLİYEVin qarşısında duran məqsədlərdən biridir.
Cənab İlham Əliyevin "Dəmir yumruğ"unun gücü xalqla prezidentin birliyinin simvoluna çevrilmişdir.
Sevda İBRAHİMLİ,
şair-publisist
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.