Azərbaycanın “reket jurnalistikası” – reketlik yoxsa vətənə xəyanət?

Azərbaycanın “reket jurnalistikası” – reketlik yoxsa vətənə xəyanət? Son inllərin media üçün ən ağır nəticələr verən məqamlarından biri və bəlkə də birincisi “reket jurnalistikası”dır. Adından da göründüyü kimi, bu adına jurnalistika sözü də yapışdırılmış adı, reketdi. Fərq bircə ondadır ki, haqqında kriminal xəbərlərdən eşitdiyimiz reketdə, əməli törədənlər hədəf kimi seçdikləri insanlara, əsasən də iş adamlarına güc və silahla hədə - qorxu gəlirlərsə, “reket jurnalistikası”nda silah rolunu söz oynayır. Amma bu söz həmin o qılıncdan kəsərli söz deyil – bu ucuzlaşdırılmış sözdü, dəyəri 20-30-50 azn ilə ölçülən söz.
Azərbaycanda jurnalistika peşəsini, umumən medianı gözdən salan, cəmiyyətdə mediaya qarşı ikrah hissi yaradan geniş bir “reket jurnalistikası” şəbəkəsi yaranıb. Bu adamların işi sadəcə pulu və cəmiyyətdə nüfuzu, hörməti olan insanları – xüsusən də iş adamlarını sözlə şantaj edərək, həmin o 20-30-50 manatı (bəzən də daha çoxunu) qoparmaq, ya da kimlərinsə yenə də 20-30-50 manatı üçün sifariş qəbul edib, qərəzli yazılar, video reportajlarla biznes strukturlarının, iş adamlarının nüfuzuna xələl gətirmək cəhdidir.


Bu gün yüzlərlə “informasiya saytı”, youtube kanalı, sosial şəbələlərdəki media adı atlinda işlədilən səhifələr məhz bu məqsədə xidmət edir.
Belə saytları, kanalları, səhifələri tanımaq elə də çətin deyil. Əgər hansısa saytda, kanalda, səhifədə ölkənin, cəmiyyətin bu ölkədə yaşayan 10 milyon insanın real problemləri bir kənarda qala – qala, hansisa iş adamı, hansısa şirkət haqqında ard-arda, mütamadi olaraq guya ki, tənqidi amma əslində qarşı tərəfin mövqeyi öyrənilmədən, faktlara, sənədlərə əsaslanmadam materiallar yer alırsa, əmin olun ki, oxuduğunuz yazı, baxdığınız video “reket jurnalistikası”nın məhsuludur.
Heç bir əsası, sübutu olmayan, havadan götürülmüş uydurma iddialarla dolu yazıların, video materialların ard-arda yayılması təbii ki, hansısa əlaqələndirilmiş, haralardansa yönəldirilən sirafişlərdən xəbər verir. “Reket jurnalistikası”nın iş üslübüna, iş “prinsiplərinə” az-çox bələd olan tamaşaçı, oxucu üçün burada hər şey aydındı – kimlərsə sifariş verir və artıq gizli bir qruplaşma halını almış, KİV içində ayrıca bir “dərin KİV” olmuş “reket jurnalistikası”nı zaman-zaman hansısa qaranlıq məqsədlərə yetişmək üçün bu və ya digər ünvana yönləndirir.

Məsələn bir misal - son zamanların reket jurnalistikasının əsas hüçüm hədəflərindən biri də Sədərək Ticarət Mərkəzi və şırkətin sahibi Yusif Qədimbəylidir. Niyə?
Ortaya sual çıxır, niyə minlərlə insanın iş yeri, son nəticədə isə on minlərlə insanın dolanışığı, gəlir mənbəyi olan Sədərək Ticarət Mərkəzi?

Sadəcə bir necə faktı qeyd edək.
Vətən müharibəsinin ilk həftəsində Sədərək ticarət mərkəzinin rəhbərliyi tərəfindən 500,000 AZN məbləğində pul vəsaiti “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna” ianə edildi.

Bundan əlavə olaraq, Sədərək Ticarək Mərkəzində çalışan sahibkarlar da, ümumilikdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna” 680,900 AZN məbləğində yardın etdilər.
Ümumilikdə 1 180 900 AZN. Qeyd edək ki, orduya bu qədər böyük məbləğlərdə yardım edən cəmi 3-5 şirkət olub. Ticarət mərkəzləri arasında isə orduya ən çox yardımı məhz Sədərək Ticarək Mərkəzi edib.

Bundan əlavə, Sədərək şirkətlər qrupuna daxil olan “Dübrar” su zavodu 44 günün hamısını cəbhəyə, orduya işlədi, əsgər və zabilərimizi təmiz içməli su ilə təmin etdi.
Və bu da son deyil - döyüşən orduya dəstək üçün ən vacib ləvazimatlarla dolu onlarla maşın karvanı həmin günlər Sədərək Ticarət Mərkəzindən Qarabağa yol aldı. Bu yardım karvanlarının hazırlanmasında həm ticarət mərkəzinin rəhbərliyi, həm də orada calışan ayrı-ayrı sahibkarlar iştirak etdi.
Müharibə dövründə Sədərək şirkətlər qrupunda çalışşan 50-dən artıq vətənpərvər könüllü olaraq orduya yolandı, torpaqlarımızım işğaldan azad edilməsində əlində silah iştirak etdi.

Müharibədən sonra isə qazilərə, şəhid ailələrinə yardımlar edilməsi, qazilərin işlə təmin olunması... bütün bunlar cəmiyyətə də, mətbuata da məlum olan məlumatlardı.
Bəs belə olan halda, daim dövlətin, vətənin, xalqının və ordusunun yanında olduğunu bayağı sözlər və bəyanarlarla yox, real işlə sübut edən bir biznes sturukturuna, iş adamına bu hücümlar hardan və niyə qaynaqlanır?
Fikrimizcə səbəb çox sadədir – dövlətinin, millətinin, vətənin, ordusunun qüdrətlənməsinin, inkişafının əlehinə olan qüvvələr təəssüf ki, Azərbaycanda həmişə olub. Və həmişə də hansısa vədlər və bəzən də açıq satınalmalarla müxtəlif qrupları öz tərəflərinə çəkə biliblər. Görünən odur ki, indi Azərbaycanın “reket jurnalistikası” şəbəkəsi də bu qüvvələrin əlində alətə çevrilib və Azərbaycanın, Azərbaycan biznesinin inkişafına qarşı yönəldilən fəaliyyətdə aktiv istifadə edilir.

Bu isə atrıq sadəcə “reket jurnalistikası” deyil – bu artıq vətənə, millətə, dövlətə xəyanəti.

Məlahət SAHİBQIZI,
"Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları laureatı

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: