Sözünün Sahibi - Şöhrət Vəkilov

Sözünün Sahibi - Şöhrət Vəkilov Bilmirəm Sözmü əvvəl yaranıb insanmı ? Onu bilirəm ki, əsrlərdir söz əbədi məşəl kimi insanların qəlbini işıqlandırır, mənəviyyatını durulaşdırır, söz insanları kamilləşdirir, əlindən tutub arxasınca aparır. Çünki söz insana məxsusdur,insanlığa aiddir. Sözlə ucalmaq da olur enmək də. Çünki hər sözdə bir qüdrət, bir hikmət var. “Söz var dağa qaldırır, söz var dağdan endirir – bunu isə mən deməmişəm atalar deyib. Atalarımız Söz haqqında çox söz deyib, çünki sözə yüksək qiymət verib, çünki sözün məsuliyyətini hiss edib. Atalar onu da deyib ki, sözlərin içində ən ağır, qiymətli və dəyərli söz Kişi Sözüdür. Hər kişi də sözünün sahibi olmur, hər kişi də sözünü tutmur. Lakin elə kişilər var ki, onların sayəsində söz öz qiymətli dəyərini saxlayır.

Eloğlum dəyərli insan Şöhrət Vəkilov haqqında yazmağı özümə borc bildim.
Şöhrət Vəkilovu əslində tanıtmağa ehtiyac yoxdur.
Onu nəyinki Qazaxda eləcə də respublikamızda, respublikamızdan kənarda da tanıyırlar.

Bəli çünki Şöhrət Vəkilovun mənsub olduğu nəslin Azərbaycan tarixində müstəsna xidmətləri var. Və Şöhrət Vəkilov bu nəslin layiqlı davamçısıdır. Respublikamızda müxtəlif yüksək vəzifələrdə çalışmışdır. Şöhtət müəllim Maliyyə Nazirliyində şöbə müdiri vəzifəsindən, nazır müavini vəzifəsinə yüksəlib. O cümlədən Vergi İdarəsinin rəisi vəzifəsindən Azərbaycan Respublikasının ilk müstəqil vergi təsisatı olan Baş Dövlət Vergilər Nazieliyinin rəisi vəzifəsində çalışıb. Ölkənin dinamik vergi siyasətinin işlənib hazırlanmasında və bu sahədə görülən məqsədyönlü işlərdə Şöhrət Vəkilovun əvəzsiz xidmətləri olub. Həmin dönəmdə Şöhrət Vəkilovun bilavasitə rəhbəriyi altında vergi qanunvericiliyinə dair silsilə qanun layihələri işlənib hazırlanıb Mili Məclisdə qəbul edilib. O cümlədən Şöhrət müəllim bir sira mühüm qanun layihələrinə düzəlişlərin müəllifi olub. Hal-hazırda isə dəyərli Eloğlumuz Azərbaycan Respublikası Kənd Təssərrufatı nazirinin müşaviridir. Çalışdığı sahədən, tutduğu vəzifədən aslı olmayaraq Şöhrət müəllimi nümunəvi dövlət məmuru kimi xarakterizə etmək olar. Onunla ilk görüşümdə qarşısındakı insana məmur kimi deyil, yüksək insani keyfiyyətə malik həssaslıq və canıyananlıqla yanaşmasının bir daha şahidi oldum. Sadə, olduqca səmimi olan Şöhrət müəllimin insanlığına heyran oldum. Sanki mən bir dövlət məmurunun deyil ən yaxın, əziz və doğma insanın qarşısında oturmuşdum. Halbu ki, bu insanı ilk dəfə görürdüm.
Mehriban və səmimi cay süfrəsində olan bu görüşü heç zaman unutmayacam. Bu görüş haqqında ürəkdolusu çox yerdə, çox insana danışsam da kifayətlənə bilmirəm. Bu səmimiyyətə görə Şöhrət müəllimə ömrü boyu özümü borclu sanıram.
Dəyərli Eloğlum, Şöhrət müəllim nə yaxşı tale məni Sizinlə qarşılaşdırdı.


Eldəniz Əzimov
Qazax 05.09.2022

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: