Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi CNN Türk müxbiri xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi üzərindən uçan hərbi helikopterdən bir neçə dəfə atəş açılıb. Bundan sonra yerdən polislərin atəşə qarşılıq verdiyi vurğulanır.
Bəzi bilgilərə görə, müdafiə naziri və bir neçə general çevrilişi həyata keçirməyə cəhd edən qrup tərəfindən əsir götürülüb.


***00:45

Türkiyə KİV yazır ki, Ərdoğan təhlükəsizlikdədir. Məlumata əsasən, prezident Rəcəb Tayyib Ərdoğan Ankarada həyata keçirilən dövlət çevrilişinə cəhdlə bağlı yaxın dəqiqələrdə açıqlama verəcək.
Daha öncə hərbçilər Türkiyənin bütün rəhbərliyinin tutulduğunu bildirmişdilər.
Ankara meri vətəndaşlardan küçələrə çıxmağı xahiş edib.
İstanbul hava limanının bağlı olduğu deyilir.

***00:44

Türkiyə Baş Qərargahı ölkədə hakimiyyətin ələ keçirildiyini bildirib.
Türkiyə mediası xəbər verir ki, Türkiyə rəhbərliyi tutulub, Baş Qərargahdan belə bildiriblər.
Türkiyə hərbçiləri çevrilişdən sonra cari beynəlxalq münasibətlərin davam etdiriləcəyini bildiriblər.


Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi ***00:43

İnternetdə Ankarada küçələrdə tankların göründüyü fotoşəkillər yayılır.
Eyni zamanda, dövlət televiziyası yayımını dayandırıb.
İstanbuldakı Atatürk hava limanına doğru tanklar yönəldilib.
Bundan əlavə İstanbulda polis qərargahının yaxınlığında da atışma səsləri eşidilir.

***00:38

Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.
«Reuters» agentliyi xəbər verir ki, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.
Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib.
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.

*** 00:31

Baş nazir: "Bir qrup hərbçi hakimiyyət orqanlarına qarşı qanunsuz hərəkət etməyə cəhd ediblər"

Bir qrup türk hərbçisi hərbi çevriliş etməyə cəhd edib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.
O qeyd edib ki, bir qrup hərbçi hakimiyyət orqanlarına qarşı qanunsuz hərəkət etməyə cəhd ediblər.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: