-Uşaqlıqdan kumirim olmayıb. Kumiri olmaq onun əsarətində olmaq, onun dublikatını təlqin etmək kimi anlayıram. Kimisə təlqin etmək isə öz simanı itirmək deməkdir. Lakin örnək götürdüyüm insanlar var. Hansılar ki, mənim həyatımda mühüm rol oynayıblar. İlk örnəyim anam olub. Dürüst, prinsipal, ədalətli, təlabkar, mərhəmətli, müdrik və. s. Daha sonra həyatımda mənə örnək olan Novella xanım Cəfərova olub. Bu günki xidmətlərim onun səyinin nəticəsidir. İnsanlarla ünsiyyət, yardımsevərlik, problemlərə biganə qalmamaq və s.
Təbii ki, dünyada tanınmış qadınlar var ki, onlarda həyat yolumuzda bir örnək olur. Onların çıxısları, geyimi, düşüncələri örnək ola bilir.Belələri hədsiz çoxdur.Hazırda Azərbaycanı sevən və onun üçün çalışan bütün qadınlar mənim hörmət etdiyim və dəyər verdiyim qadınlardır. Son illər isə Mehriban xanım Əliyevanın liderlik keyfiyyətləri və çıxışlarını maraqla izləyirəm. Gözəl liderlik keyfiyyətləri, özünü təqdim etmə, hadisələrə çevik reaksiyası, insan sevərliyi, milli və mənəvi dəyərləri tapınmağı onun digərlərindən fərqləndirir və diqqət mərkəzində saxlayır.
+Kumiriniz həyatınızda nəyi dəyişdirib?
-Dediyim kimi, önrək olan anamın təhsilimə diqqət verməsi mənim bu gün elmə marağımı artırıb.
Novella xanım isə qadınların müdafiəsi kimi ağır missiyanı çiynimə götürmək yolunu və üsulunu mənə öyrədib.
+Nəyə görə o sizin kumirinizdir?
-Bu insanlar mənim örnəyimdir. Ona görə ki, dünyanın bəşəri olan İnsanın bütün keyfiyyətlərini özlərində cəmləşdiriblər...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.