"Tea Talk" layihəsi başladı

"Tea Talk" layihəsi başladı Artıq Kumir səhifəsinin müəlliflərinin təşəbbüsü və "Milli Hüquq Evi"nin "Gənclərin maarifləndirməsi və inkişafı" proqramı çərçivəsində baş tutan yeni "Tea Talk" layihəsi başladı.

Çayın fəlsəfəsini dəyişməyə gəlirik.
Əvvəllər çay çayxanalarda domino,nərd oynanaraq içilirdisə, indi hər şeyi dəyişəcəyik.
İndi insanlar çay içə-içə maariflənəcəklər.
Uzun müddət hazırlıqdan sonra ilk görüşümüzün vaxtı müəyyən olundu.

Tea-talk layihəsinin ilk həftəsinin kumiri məşhur iqtisadçı-alim, ekspert Vüqar Bayramov olacaq.

Vüqar Bayramovla çay içə-içə söhbət etmək və həftəsonunuzu maraqlı keçirmək istiyirsinizsə ilk görüşümüzə buyurun.

Görüşlərimiz dəyişilməz məkanımız olan-STEP İT Akademiyada olacaq.

Görüşə qatılmaq üçün linkə daxil olaraq qeydiyatdan keçin.
Qeydiyyatı bəyənilmiş 25 nəfər görüşə dəvət olunacaqdır.
Bu görüşə gəlməklə siz 2 saat ərzində təhsillə həyatını dəyişən bir iqtisadçının uğur yolunu öyrənəcəksiz.
#teatalk #gəlinçayiçək #mənimkumirim #kumirimizinuğuryolunubilək #istiçayiç #bəhbəh

Seymur TEYMURLU,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: