Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
(AMM) təşəbbüsü və təşkilatçılığı ilə
hənyerlimiz rəssam Hacı Rizvan İsmayılovun
"Şərq müdriklərinin qonaqlığında" adlı
rəsm əsərlərindən ibarət sərgisinin açılışı olub.
Tədbirdə Gürcüstanın Barışıq və
Vətəndaş Bərabərliyi Məsələləri üzrə
Dövlət naziri Paata Zakareişvili,
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət
Agentliyinin sədri Zaza Vaşakmadze,
GMİ-nin şeyxi Hacı Ramin İgidov,
Gürcüstanın Qaçqınlar və Məskunlaşma məsələləri
üzrə naziri Sozar Subari, Türkiyənin
Gürcüstandakı səfiri Ləvənd Gümrükçü,
AMM-in rəhbəri Fazil Həsənov,
Fransadan gələn rəssam Levan Moisaşvili
və başqaları çıxış edərək rəssamın əsərlərində
İslam mədəniyyətinin saflığı,
möhtəşəmliyi və müasirliyinin,
həqiqət və irfan yolunun əks olunduğunu
bildiriblər.
Fransadan gələn rəssam Levan Moisaşvili çıxışında gənc rəssamın
əsərlərinin saflıqdan yarandığını bildirib: "Mən hər an ona dəstək olmağa
hazıram”, – Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza
Vaşakmadze, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü
rəssamın bir neçə əsərini alacaqlarını bildiriblər.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili rəsm əsərlərini yüksək dəyərləndirib: "Bu əsərlər yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin sərgisindən qürur duyuruq. O, İslam mədəniyyətini təbliğ edir. İslam mədəniyyəti böyük və müasirdir”.
Tədbirdə çıxış edən rəssam Hacı Rizvan İsmayılov iki gün bundan əvvəl Tiflisdə baş verən təbii fəlakət zamanı həlak olan insanların ailələrinə və yaxınlarına başsağlığı verib və tədbiri təşkil edənlərə minnətdarlığını ifadə edib.
Qonaqlara Hacı Rizvan İsmayılovun bir neçə gün bundan əvvəl işıq üzü görmüş rəsmə əsərlərindən ibarət kataloq hədiyyə olunub.
Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi iki gün davam edib.
Tədbirdə diplomatik korpus nümayəndələri, ziyalılar, din xadimləri, Tbilisi sakinləri və gənclər iştirak ediblər.
N.MƏMMƏDZADƏ.
Rəssamın albomkataloqu
işıq üzü gördü
Tanınmış rəssam Rizvan İsmayılovun
əsərlərinin sərgisi
ərəfəsində “Rəssam rənglərlə
şeir yazan bəstəkardır” adlı
albom-kataloqu Tbilisidə
nəşr edilmişdir.
Marneulidəki
"Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin kitabxanası"
seriyasından üç dildə –
Azərbaycan, gürcü və ingilis
dillərində buraxılmış bu maraqlı
nəşrə rəssamın 100 ədəd rəsm
əsəri daxil edilmişdir.
Albomkataloq müəllifin
“Yaradıcılıqda əsas hədəflərim”
adlı ön sözü ilə açılır.
Nəşrin redaktoru Binnət Əlioğlu,
tərtibatçı-dizayneri Əkrəm Qəhrəmanovdur.
“Region-Press”, 30.06.2015, səh. 7.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.